Əsas Səhifə > Təhsil > Qazax şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının istilik sistemində olan problem aradan qaldırılıb

Qazax şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının istilik sistemində olan problem aradan qaldırılıb


21-01-2026, 19:13

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş uşaq və gənclər siyasəti ölkəmizdə bu gün də uğurla davam etdirilməkdədir. Bunu ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlara, gənclərə göstərdikləri qayğıda aydın şəkildə görmək olur. Xüsusilə də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan "Uşaq evləri və internat məktəblərinin inkişafı”, "Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə dəstək”, "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramların icrası təhsilin inkişafına böyük töhfə verir. Son illər respublikamızın bütün bölgələrində yeni məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin inşası, bununla bağlı imzalanan çoxsaylı Sərəncamlar, həyata keçirilən layihələr söylədiklərimizin bariz nümunəsidir.

Ölkə başçısının regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr, göstərdiyi qayğı sayəsində Qazaxda da bu sahə daim diqqət mərkəzində saxlanılır. Son illər Qazaxda uşaqlara göstərilən qayğının bariz nümunəsini bu gün rayonda mövcud olan 26 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 20-si kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyədə olmasından görə bilərik.

Ötən yazımızda yanvarın 19-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun icra aparatının məsul şəxsləri və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorundabaş məsləhətçi Əziz Məmmədovlabirlikdə qarlı hava şəraiti ilə əlaqədar Qazax şəhərində fəaliyyət göstərən 1 saylı Körpələr Evi-Uşaq bağçasında olması barədə məlumat vermişdik.

Bağçaya baxış keçirən icra başçısı Qazax şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının istilik sistemində olan problemin dərhal aradan qaldırılması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını vermişdi. Elə həmin gün problemin aradan qaldırılması istiqamətində işlərə başlanılmışdı.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin Regionlarla işin təşkili şöbəsinin Qazax-Tovuz Regional Sektorluğu tərəfindən artıq sözügedən məsələ öz müsbət həllini tapıb. Şəmkir Regional Qaz İstismarı İdarəsi Qazax Xidmət Sahəsinin əməkdaşları tərəfindən bağçanın qazanxanasına kimi olan köhnə qaz xətti yenilənib. Köhnə qaz xəttinin yerinə diametri 32 mm olan 120 p/m uzunluğunda yeni xətt çəkilib. Həmçinin, həmin xəttin çəkilməsi üçün eyni diametrdə 11 p/m dayaq üçün dəmir boru istifadə olunub. Bundan əlavə, qazanxanada 1 ədəd su krantı, 2 ədəd monometr, 2 ədəd 50 litrlik su çəni dəyişdirilib. 20 yanvar tarixindən axşam saatlarından etibarən bağçanın istilik sistemi bərpa edilib.

Bağça müdiri Aynurə Abbasova ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısına görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya rəhbərlik etdiyi kollektiv və valideynlər adından minnətdarlığını bildirir. Eyni zamanda, Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyinə və rəhbər təyin olunduğu ilk gündən körpə balalara göstərdiyi səmimi münasibətə, qayğıya, ayırdığı diqqətə görə rayon rəhbərliyinə təşəkkür edir.


Geri qayıt