Əsas Səhifə > Təhsil > Məktəblilər razılıq edirlər
Məktəblilər razılıq edirlər6-03-2018, 20:21 |
Rayonumuzun məktəbliləri fevral ayının 14-dən başlayaraq Qazax Tarix-Diyarşünaslıq Muzeyinə və Dövlət Rəsm Qalereyasına ekskursiya edirlər. Ümumtəhsil məktəblərinin VI, VII, VIII və IX siniflərində təhsil alan şagirdlərin və müəllimlərin iştirak etdiyi ekskursiyalarda rayonun tarixini, dünənini, bu gününü özündə əks etdirən dolğun məlumatlar verilir, qalereyada nümayiş olunan Azərbaycan miniatürləri, Azərbaycanın görkəmli rəssamlarının sənət əsərləri, ölkəmizin füsunkar təbiətini əks etdirən tablolar və əl işləri, görkəmli alimlərin və şairlərin fotoşəkilləri haqqında geniş məlumatlar çatdırılır. Hər gün bir neçə məktəbin qonaq olduğu muzeyə bu gün A.Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbin şagirdləri və müəllimləri baş çəkib. Qrafik əsasında iki gün ekskursiya edən məktəblilərə muzey və qalereya haqqında ətraflı məlumatlar verilib. Muzeydə şagirdlərə ilk olaraq 1-ci mərtəbədə yerləşən və rayonunun tarixini özündə əks etdirən xəritə, Qazaxın tarixi mədəniyyət abidələri, təbiət görüntüləri, “Qazax zaman kəsiyində: faktlar, şəxsiyyətlər” guşəsində qədim daş dövründən müstəqillik dövrünə kimi olan tarixi inkişaf mərhələsi haqqında ətraflı məlumat verilib. Qazaxın faunası, bitki örtüyü və torpaq növləri, təbiət guşələri məktəblilərin böyük marağına səbəb olub. Daha sonra məktəblilər muzeyin ikinci mərtəbəsində olan eksponatlar və guşələrlə tanış olublar. Şagirdlərdən Günay İsmayılova, Şəbnəm Hüseynli, Ramil Məmmədov, Selcan Mehdiyeva, Gülnar Yarəhmədova, Elnur Aşırov, Roza Əfəndiyeva, Murad Xəlilov, Zamirə Göyüşova, Yasəmən Bayramova GOYEZEN.AZ saytının əməkdaşına muzeylə bağlı təəssüratlarını belə bölüşüblər: - Bu gün biz muzeylə tanışlıqdan çox yüksək təəssüratlarla ayrılırıq. “Qazax xalça məktəbi” adlı bölmədə Qazax xalçaları haqqında məlumatların monitor vasitəsilə nümayiş etdirilməsi və bir toxunuşla istədiyimiz xalça haqqında ətraflı məlumat əldə etməyimiz çox xoşumuza gəldi. Eyni zamanda bədii və etnoqrafik özəlliklərə malik Qazax geyimləri, 1867-ci ildə ümumrusiya at sərgisində mükafat almış “Uzelok” ləqəbli məşhur Dilboz atları haqqında da geniş məlumatlar əldə etdik. Bir daha fəxr etdik ki, bizim zəngin tarixə malik olan belə muzeyimiz vardır. Qalereya ilə tanışlıq zamanı öz ürək sözlərini bildirən şagirdlərdən Nərmin Əliyeva, Nihat İsmayılov, Aqil Nəsibov, Gülnar Qurbanova, Fatimə İbrahimova, Pakizə İsmiyeva, Ayşən Səttarova, Elşad Cəfərov burada nümayiş olunan rəsm əsərlərini, əl işlərini, xüsusilə də vətənpərvərlik, Azərbaycan tarixi, bayrağımız, tarixi qəhrəmanlarımız, Qarabağ, mültikultural dəyərlər və ölkəmizin füsunkar təbiətini özündə əks etdirən şəkilləri böyük maraqla qarşıladıqlarını qeyd ediblər. Məktəbin müəllimlərindən Nazı Paşayeva, İradə Əliyeva, Südabə Hüseynova, Bəturə Yarəhmədova, Sevda Eyyubova, Asya Süleymanova, Rəfayıl Alıyev, Gülöyşə Omarova, İlhamə Qurbanova, Söylü Pirməmmədova, Mahirə Əliyeva, Qəmər Kamilova, Sevinc Əfəndiyeva, Zalxa Gülüyeva rayon rəhbərliyinin tapşırığına əsasən təşkil olunmuş bu cür ekskursiyaların istər müəllimlər, istərsə də şagirdlər tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıblar. Onlar üçün yaradılan bu yüksək şəraitə görə Ölkə Başçısı İlham Əliyevə müəllim və şagirdlər adından dərin minnətdarlıqlarını bildiriblər. Məlumat üçün qeyd edək ki, Daş Salahlı kənd 1 saylı tam orta məktəbdən 176 şagird və onların müəllimləri ekskursiyalarda iştirak etmişdir. Geri qayıt |