Əsas Səhifə > Təhsil > Yazı müsabiqəsi Xocalıya həsr olunub

Yazı müsabiqəsi Xocalıya həsr olunub


23-02-2018, 17:34
Yazı müsabiqəsi Xocalıya həsr olunub
Bu gün Qazax rayon Gənclər və İdman İdarəsi və rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş "Xocalıya ədalət" başlığı altında inşa-yazı müsabiqəsi keçirilib.

S.Əfəndiyev adına şəhər 1 saylı tam orta məktəbdə yuxarı sinif şagirdləri arasında keçirilən müsabiqədə 7 məktəbdən ümumilikdə, 30 nəfər şagird iştirak edib.
Tədbir Xocalı şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Qazax rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi İsmayıl Süleymanov çıxış edərək, müsabiqənin şərtləri və qaydaları haqqında qısa məlumat verib.
Yazı müsabiqəsi Xocalıya həsr olunub
Daha sonra şagirdlər bir saat ərzində inşa yazısı yazıblar.

Yekunda şəhər 1 saylı tam orta məktəbin müəllimləri - Səyalı Yusifova, Sevinc Həsənova və Söylü Şahvələdovadan ibarət münsiflər heyəti yazı işlərini yoxlayıblar.

Nəticələrə görə Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin IX sinif şagirdi Əliyeva Ülkər Azər qızı I yerə, F.Şamoyev adına şəhər 4 saylı tam orta məktəbin X sinif şagirdi Əliyeva Nərmin İlham qızı II yerə, M.Hüseyn adına məktəb-liseyin X sinif şagirdi Carçalova Pakizə Qalib qızı isə III yerə layiq görülüblər.

Qalib və mükafatçılar rayon Gənclər və İdman İdarəsinin müvafiq diplomları və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.

Yazı müsabiqəsi Xocalıya həsr olunub
Yazı müsabiqəsi Xocalıya həsr olunub
Yazı müsabiqəsi Xocalıya həsr olunub
Yazı müsabiqəsi Xocalıya həsr olunub
Yazı müsabiqəsi Xocalıya həsr olunub
Yazı müsabiqəsi Xocalıya həsr olunub
Yazı müsabiqəsi Xocalıya həsr olunub
GOYEZEN.AZ

Geri qayıt