Əsas Səhifə > Təhsil > Təbrik edirik

Təbrik edirik


5-10-2016, 11:58
Təbrik edirik
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli Sərəncamı ilə bir qrup təhsil işçisinə fəxri adlar verilib.

Həmin sərəncama əsasən Ağköynək kənd tam orta məktəbin müəllimi Əmirxanova Sədaqət Əmirxan qızı “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli Sərəncamı ilə Muradov Rəhim Murad oğlu “Tərəqqi” medalı ilə təltif edilib.

Bu münasibətlə Sədaqət və Rəhim müəllimi təbrik edir, gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər arzulayırıq.

Geri qayıt