Əsas Səhifə > Sosial > Daş Salahlı kəndinə içməli su çəkilir

Daş Salahlı kəndinə içməli su çəkilir


28-09-2017, 11:49
Daş Salahlı kəndinə içməli su çəkilir
Qazax rayonunun Daş Salahlı kəndinə içməli su çəkilir. Qazaxbəyli, Ürkməzli, Aslanbəyli, Ağköynək, Qarapapaq, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Bala Cəfərli kəndlərindən sonra Daş Salahlı kəndinə də içməli su çəkilişinə başlanılıb. Bu məqsədlə lazım gələn metal borular və texnika nəzərdə tutulan əraziyə gətirilib. Su xəttinin çəkilişi “İR Konstruktion” MMC tərəfindən aparılır.

MMC-nin sahə rəisi Fətulla Əliyev GOYEZEN.AZ saytına bildirib ki, kəndə çəkilən xəttin uzunluğu 3450 metrdir. Tikinti işləri ilə 3 briqada məşğul olur.

Hal-hazırda boru çəkiləcək ərazi traktor vasitəsilə qazılır və bu iş başa çatmaq üzrədir. Eyni zamanda, düz xətt boyunca düzülmüş dəmir borular torpağa basdırılmaq üçün izolyasiya edilir.

Daş Salahlı kəndinə içməli su çəkilir
Daş Salahlı kəndinə içməli su çəkilir
Geri qayıt