Əsas Səhifə > Sosial > Qazaxda Xalça müəssisəsinin tikintisi sürətlə davam edir
Qazaxda Xalça müəssisəsinin tikintisi sürətlə davam edir14-08-2017, 15:29 |
Azərbaycan xalçaçılıq sənətinin bir qolu olan Qazax xalçaları ta qədimdən tanınıb, öz ilmə və naxışları ilə seçilib. Bu da rayonumuzda toxunan xalçaların qiymətli olmasına, digərlərindən fərqlənməsinə səbəb olub. Ona görə də Qazax xalçalarına həmişə tələbat olub və bu sənət nəsildən-nəsilə keçərək bu günə qədər gəlib çıxıb. Əvvəlki illərdə rayonda müasir tələblərə cavab verən xalça müəssisəsinin olmaması, onun inkişaf etdirilməsi üçün lazımi şəraitin yaradılmaması bu sahənin az qala tənəzzülə uğramasına gətirib çıxartmışdı. Bu gün respublikamızda, eləcə də rayonumuzda bütün sahələr kimi xalçaçılığın inkişaf etdirilməsi üçün də lazımi tədbirlər həyata keçirilib və bu proses davam etməkdədir. Belə ki, bir neçə aydır ki, Qazax şəhərində Xalça müəssisəsinin tikintisinə başlanılıb. Hal-hazırda yeni istehsalat müəssisəsinin inşası sürətlə davam etdirilir. İnşaatçılar binada beton, hörgü işlərini başa çatdırıblar. Suvaq işləri də yekunlaşmaq üzrədir. Hazırda binanın rənglənməsi işinə hazırlıq görülür. Onu da qeyd edək ki, “Azərxalça” ASC tərəfindən inşa edilən müəssisədə 160 xalçaçı işlə təmin olunacaqdır. GOYEZEN.AZ
Geri qayıt |