Əsas Səhifə > Sosial > Qazaxda şəhərin su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrində aparılan abadlıq işləri davam etdirilir

Qazaxda şəhərin su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrində aparılan abadlıq işləri davam etdirilir


13-01-2021, 18:50


Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş çoxsaylı Dövlət Proqramlarına əsasən respublikamızın bölgələrində aparılan quruculuq işləri Qazaxda da uğurla həyata keçirilir. Bunu son illər rayonda geniş miqyas alan abadlıq və quruculuq işlərindən də görmək olur. Məhz bu işlər sayəsində Qazax rayonu gündən-günə inkişaf edir, respublikamızın abad rayonlarından birinə çevrilir. Rayonda yeni asfalt yollar çəkilir, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə çoxmənzilli yaşayış binaları təmir olunur, məktəb binaları, körpələr evi-uşaq bağçaları tikilir və yaxud da əsaslı şəkildə yenidən qurulur. Bu gün tam əminliklə deyə bilərik ki, yola saldığımız 2020-ci il tikinti-quruculuq ili kimi yadda qaldı.

Görülməsi nəzərdə tutulan işlər bu il də qaldığı yerdən uğurla davam etdirilir. İlin ilk günlərindən start verilən abadlıq işləri onu deməyə əsas verir ki, dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində Qazaxda bu il də daha çox iş görüləcək.

Hər kəsə o da yaxşı məlumdur ki, ölkə rəhbərinin tapşırığına əsasən "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərində içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi həyata keçirilir. Ən əsası isə şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi yekunlaşan ərazilər abadlaşdırılır, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır, rənglənmə işləri aparılır, yaşıllıqlar salınır.

Ötən il şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrinə, eləcə də çəkiliş başa çatmış Molla Pənah VaqifSəməd Vurğun, Azadlıq, Zeynalabdin TağıyevMurtuz CarçıyevƏminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin RəsulzadəƏhməd Seyidov, Mehdi Hüseyn, BakıFiruddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyünün çəkilməsi, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilməsi bu dediklərimizin bariz nümunəsidir.

Hazırda su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan şəhərin Heydər Əliyev prospektində, eləcə də daha iki küçəsində - Azadlıq və Murtuz Carçıyev küçələrində abadlıq işlərinə başlanılıb. Belə ki, prospektdə işlər yekunlaşan hissəyə yeni asfalt vurulması üçün alt hissənin hazırlıq işlərinə, o cümlədən köhnə tametlərin söküntüsünə start verilib.

Qazaxda aparılan genişmiqyaslı quruculuq işlərini razılıq hissi ilə qarşılayan sakinlər bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər.

Heydər Əliyev prospektindən Azadlıq küçəsinin kəsişməsinə və şəhər qəbiristanlığına kimi olan hissə

 



Azadlıq küçəsi (mərkəzi Poçtdan bazara kimi olan hissə)






Heydər Əliyev prospektində fəaliyyət göstərən və yeni tamet vurulacaq Universam ticarət mərkəzinin qarşısı

 



Heydər Əliyev prospektində aparılan digər abadlıq işləri




 

GOYEZEN.AZ


Geri qayıt