Hər kəsə
yaxşı məlumdur ki, ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa göstərişi, köməyi və qayğısı
sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazaxda şəhərin içməli
su və kanalizasiya sistemi yenidən qurulur. Sevindirici hal isə odur ki,
şəhərdə aparılan su və kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı, işin başa
çatdırıldığı küçələrdə eyni zamanda abadlıq işləri aparılır, yeni asfalt örtüyü
vurulur. Molla Pənah Vaqif, Səməd Vurğun və Azadlıq küçələrinə
yeni asfaltın çəkilməsi bu dediklərimizin bariz nümunəsidir.
Hazırda Murtuz Carçıyev, Əminə Dilbazi küçələrində yeni bardürlərin düzülməsi və aparılan digər abadlıq
işləri, Zeynalabdin Tağıyev küçəsində yeni asfalt örtüyün vurulması onu deməyə əsas verir ki, Qazax müasir yolları, "Abad məhəllə”ləri ilə
bundan sonra daha da göz oxşayacaq.
Məlumat
üçün onu da qeyd edək ki, şəhərdə küçələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətində də quruculuq
işləri aparılaraq "Abad məhəllə” adı altında bina sakinlərinin ixtiyarına verilir. Nəriman
Nərimanov yaşayış massivində yerləşən binaların həyətində görülən işlər də
bunun əyani sübutudur. Hazırda su-kanalizasiya sisteminin çəkilişi
yekunlaşan Heydər Əliyev prospektində yerləşən beşmərtəbəli 61A,
üçmərtəbəli 63, dördmərtəbəli 65 saylı, Azadlıq küçəsində yerləşən beşmərtəbəli
92 saylı, Şəhidlər Xiyabanı küçəsində
yerləşən hər biri beşmərtəbəli olan 12 və 14 saylı çoxmənzilli
yaşayış binalarının həyətində abadlıq işləri davam etdirilir.
Qazaxda aparılan abadlıq və
quruculuq işləri rayon sakinləri tərəfindən də yüksək qiymətləndirilir. Bütün
bu işlərə görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər.
Rayonda görülən işlərin keyfiyyətini hər zaman diqqət mərkəzində saxladığı üçün
rayon rəhbərliyinə razılıqlarını ifadə edərək təşəkkürlərini çatdırırlar.
Zeynalabdin Tağıyev küçəsi
GOYEZEN.AZ
Geri qayıt
|