Əsas Səhifə > Sosial > Məzəm kəndinə istinad divarları çəkilir
Məzəm kəndinə istinad divarları çəkilir1-09-2016, 18:42 |
Ermənistanla 168 km sərhəddə yerləşən Qazax rayonunun 7 kəndi 25 ildən çoxdur ki, işğal olunub. Rayonun 5 kəndi isə ermənilərin daima atəşi altındadır. Bunlardan sərhəddə ən yaxın olanı rayonun Məzəm kəndidir. Münaqişə başlayan vaxtdan bəri 30 evdən ibarət olan bu kənd şəhidlər verib. Onlardan 4 hərbçi öz torpaqlarının müdafiəsi yolunda canından keçıb. 1 nəfər kənd sakini Mərifət Nəsibov isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Məzəmin ətrafında düşmənin 6 atəş nöqtəsi var. 25 ildən çoxdur ki, ermənilər bu atəş nöqtələrindən kəndi atəşə tutur, əhalini daima qorxu altında saxlamağa çalışırlar. Bu da kənd sakinlərinin normal yaşamalarına mane olur, dinc adamları düşmən güllələrinə tuş gətirir. Artıq 4 nəfər kənd sakini ayrı-ayrı vaxtlarda düşmən gülləsinin qurbanı olmuşdur. Düzdür, kəndin ortasından keçən yolun bir tərəfinə müdafiə hasarları çəkilmişdir. Lakin bu, kəndin pərakəndə halda yerləşən yaşayış evlərinin və orada yaşayan sakinlərin təhlükəsizliyini təmin etmir. Bunun nəticəsidir ki, evlərin divarları, qapı və pəncərələri düşmən güllələrindən deşik-deşik olmuşdur. Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov yaranmış təhlükəli vəziyyəti nəzərə alaraq ilk növbədə atəş nöqtələrinə ən yaxın məsafədə yerləşən evlərin qarşısına müdafiə hasarlarının çəkilməsi barədə göstəriş vermışdir. Artıq kənddəki 16 evin qarşısına istinad divarlarının çəkilməsi başa çatmışdır. 700 metr uzunluğunda və 3 metr hündürlüyündə olan bu hasarlar kənd sakinlərini düşmənin atdığı güllərdən qoruyur. Daha yaşlı adamlarla yanaşı uşaqlar da öz evlərinin həyətlərində rahat hərəkət edə, normal yaşaya bilirlər. Bu günlərdə icra başçısı yenidən Məzəm kəndində sakinlərlə görüşmüş və daha 14 evin qarşısına istinad divarlarının çəkilməsi barədə göstəriş vermışdir. Beləliklə, uzun illərdən bəri Məzəm kəndinin sakinlərini gözləyən təhlükə aradan qalxmışdır. Bu gün məzəmlilər düşmənlə nə yaxın məsafədə yerləşmələrinə baxmayaraq qorxusuz və asudə həyat yaşayırlar. Elçin İSMAYIL Geri qayıt |