Əsas Səhifə > Sosial > Vətəndaşların müraciəti həll olunur

Vətəndaşların müraciəti həll olunur


28-01-2019, 20:00


Son iki il yarımdır ki, Qazaxda bütün sahələrlə yanaşı, vətəndaş amili də hər zaman ön plana çəkilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən vətəndaşların müraciətlərinə əsasən yerində baxış keçirməsinin, qaldırılan məsələnin həlli istiqamətində yerindəcə tapşırıq verməsinin nəticəsidir ki, hər bir rayon sakini yazdığı məktuba, ünvanladığı müraciətə dəqiq və operativ şəkildə baxılacağını bilir.

Ötən yazımızda rayon rəhbərinin bir qrup rayon sakininin istəyini nəzərə alaraq şəhərin "Mal bazarı” deyilən ərazisində olması, onların müraciətlərini dinləyərək bazar ətrafında səliqə-səhman və abadlıq işlərinin aparılması, yeni infrastrukturların yaradılması istiqamətində aidiyyəti üzrə tapşırıqlar verməsi barədə məlumat vermişdik.

Artıq rayon rəhbərinin tapşırıq və tövsiyəsinə əsasən bazar ətrafında genişmiqyaslı təmizlik və abadlıq işlərinin aparılmasına başlanılıb. Bazarda vətəndaşların istəyini nəzərə alaraq öz mal-qarasını rahat şəkildə satmaları üçün lazımi şərait yaradılır.




GOYEZEN.AZ

 


Geri qayıt