Əsas Səhifə > Sosial > Yeni tikilən bağçada işlər sürətlə davam etdirilir

Yeni tikilən bağçada işlər sürətlə davam etdirilir


13-01-2017, 15:48
Yeni tikilən bağçada işlər sürətlə davam etdirilir
Rayonumuzda məktəb tikintisi ilə yanaşı gələcəyimiz olan körpələrə də rayon rəhbərliyi tərəfindən daim diqqət və qayğı göstərilir, onların daha yaxşı şəraitdə tərbiyə və təhsil almaları ön plana çəkilir.

Bu məqsədlə rayon rəhbərliyinin qayğısı sayəsində 100 yerlik olan daha bir yeni bağça binasının tikintisinə başlanılıb.

Artıq bir neçə ay bundan əvvəl tikintisinə başlanılan yeni bağçada işlər sürətlə davam etdirilir.

Görülən sürətli işlərin nəticəsidir ki, tez bir zamanda özül işləri – armaturlama və beton işləri başa çatdırılıb.

Zirzəminin inşası üçün karkasların bağlanması və beton tökmə işləri aparılıb. Eyni zamanda 1-ci mərtəbənin hörgü işləri də tamamlanıb.

Hal-hazırda qəlib və karkasların bağlanması işləri aparılır. Sonra isə beton tökmə işlərinə başlanılacaqdır. Yaxın zamanda 2-ci mərtəbənin hörgüsünə start veriləcəkdir.
Yeni tikilən bağçada işlər sürətlə davam etdirilir
İşlərin belə sürətlə aparılması isə onu deməyə əsas verir ki, yaxın vaxtlarda yeni binanın inşası başa çatdırılacaqdır.

Sahə rəisi Şahmar Quliyevin GOYEZEN.AZ saytına verdiyi məlumata görə yeni tikilən 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçasının tikintisinin 2017-ci ilin mart ayında başa çatdırılması nəzərdə tutulub.

Bu o deməkdir ki, yaxın vaxtlarda müasir standartlara cavab verən yeni bağça körpə fidanların istifadəsinə veriləcəkdir.

Məlumat üçün bildirək ki, yeni inşa olunan 1 saylı körpələr evi-uşaq bağçası 2 korpusdan ibarət olacaqdır.
Yeni tikilən bağçada işlər sürətlə davam etdirilir
Bağçanın əsas korpusunun 3 mərtəbədən və zirzəmidən ibarət olması nəzərdə tutulub.

Əsas binadan əlavə hər birinin həcmi 100 kubmetr olan 2 ədəd su anbarı, nasosxana və qazanxana da olacaqdır.

Eyni zamanda yeni bağça binası hasar, darvaza və alaqapıdan ibarətdir.

Həmçinin yeni bağçada oyun meydançası, 3 ədəd söhbətgah da olacaqdır ki, bu da uşaqların asudə vaxtlarının səmərəli keçməsi üçün olduqca vacibdir.
Yeni tikilən bağçada işlər sürətlə davam etdirilir
Həmçinin əsas binada yataq otaqları, qrup oyun otaqları, qəbul otağı, texniki otaq, bufet, sanitar-uzel otağı, ütüləmə, mətbəx, tibb kabineti, qabyuma otağı da tikiləcəkdir.

Bundan əlavə holl, direktor, müavin, kompyuter və dəftərxana otaqlarının da tikintisi nəzərdə tutulub.

Onu da qeyd edək ki, tikintinin sifarişçisi Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlikdir.

Obyektin tikintisini isə “Fərhad” MMC tikinti təşkilatı yerinə yetirir. Tikintidə gündəlik 25-30 nəfər çalışır.

Geri qayıt