Əsas Səhifə > Sosial > “Fəxri Qazaxlılar” parkı yenidən qurulur

“Fəxri Qazaxlılar” parkı yenidən qurulur


14-12-2016, 15:44
“Fəxri Qazaxlılar” parkı yenidən qurulur
Şəhərin mərkəzindəki “Fəxri Qazaxlılar” parkında əsaslı təmir və yenidənqurma işləri sürətlə davam edir.

Belə ki, parkın hər iki tərəfində 40 ədəd yeni işıq dirəkləri basdırılıb və işıqlandırma sistemi yenidən qurulub.

Bundan əlavə parkdakı 3500 kvadratmetr sahəyə yeni tamet döşənib. 1700 kvadratmetr əraziyə isə qazon otu və 40-dan çox müxtəlif növ dekorativ bəzək ağacları əkilib.

Həmçinin parkın mərkəzində diametri 11,8 metr böyük və kənarlarında sahəsi 40 kvadratmetr olan iki fəvvarə kompleksi yaradılıb.
“Fəxri Qazaxlılar” parkı yenidən qurulur
Qazax torpağının yetirmələri olan görkəmli və dünyaşöhrətli şəxsiyyətlərin -Azərbaycanın xalq yazıçıları Mehdi Hüseynin, İsmayıl Şıxlının, Yusif Səmədoğlunun, Azərbaycanın xalq şairləri Osman Sarıvəllinin, Mirvarid xanım Dilbazinin, Zaqafqaziyada ilk pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi Əhməd Seyidovun, ilk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovun, ilk artilleriya generalı Əlağa Şıxlınskinin, ilk topoqrafiya generalı İbrahim ağa Vəkilovun, İtaliyanın Mill Qəhrəmanı Tahir İsayevin, görkəmli saz ustadı Ədalət Nəsibovun, akademik Teymur Bünyadovun parkda qoyulmuş büstləri restavrasiya olunaraq tam müasir görkəmdə yenidən qurulub.
“Fəxri Qazaxlılar” parkı yenidən qurulur
Bundan başqa, parkda 17 ədəd yeni işıq sistemi quraşdırılıb. Parkdakı oturacaqlar və zibil qabları müasir tipli yeniləri ilə əvəz olunub.

Parkın əsaslı təmiri və yenidənqurulması ilə bağlı aparılan işlər başa çatmaq üzrədir.

Küçələrdə aparılan təmir işləri sürətlə davam edir


Şəhərin daxili yollarında və küçələrində də təmir işləri davam edir.

Bu günədək N.Nərimanov 1, 2 və 3, F.Qayıbov, Ə.Şıxlinski, M.Hüseyn, S.Vurğun, H.Arif, H.Z.Tağıyev, M.V.Vidadi və M.Dilbazi küçələrində təmir işləri artıq başa çatıb. Hazırda şəhərin digər küçələrində yolların təmir olunması üçün hazırlıq işləri aparılır.

Qazax şəhərindəki Məhəmmədəli Qazaxlı adına güləş zalında da təmir işlərinə başlanılıb.

Ümumiyyətlə, şəhərdə aparılan təmir, yenidənqurma və abadlıq işləri sürətlə davam etdirilir.

GOYEZEN.AZ

Geri qayıt