Əsas Səhifə > Sosial > Sərəncam icra olunur

Sərəncam icra olunur


13-12-2016, 11:00

Qazax rayonunda tikinti-abadlıq işləri, o cümlədən çoxmənzilli yaşayış binalarının əsaslı təmiri sürətlə davam etdirilir


Sərəncam icra olunur
Respublikanın hər yerində olduğu kimi Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində Qazax rayonunda da mühüm infrastruktur və sosialyönümlü layihələr həyata keçirilib. Həmin layihələrə əsasən Olimpiya İdman Kompleksi, Müalicə Diaqnostika Mərkəzi, Tarix Diyarşünaslıq Muzeyi, Gənclər Mərkəzi, Şahmat Məktəbi, Uşaq Əyləncə Mərkəzi, Ədəbiyyat Muzeyi, əlil və şəhid ailələri üçün ümumilikdə 56 mənzilli 3 yaşayış binası inşa edilib.

Həmçinin iri istehsal və emal müəssisələri yaradılıb. 11 mindən çox yeni iş yeri açılıb, qırx beş min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 67 kilometr olan kəndlərarası avtomobil yolları tikilib. Bir sözlə, son illər ərzində Qazaxda genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

Sevindirici hal isə odur ki, ənənə şəklini alan abadlıq-quruculuq işləri Qazaxda bu gün də davam etdirilir.
Sərəncam icra olunur
Respublika Prezidenti İlham Əliyevin 20 oktyabr 2016-cı il tarixli Sərəncamına əsasən şəhərin mənzil fonduna daxil olan 24 çoxmənzilli binanın əsaslı təmiri məqsədilə görülən işlər bu abadılıq və yenidənqurmanın ən bariz nümunəsidir.
Sərəncam icra olunur
Bu gün həmin sərəncam uğurla icra olunur. Belə ki, Qazax şəhərindəki Heydər Əliyev prospektində 8, Azadlıq küçəsində 7, N.Nərimanov küçəsində 5, Ə.Qədirov küçəsində 3, Ə.Şıxlinski küçəsində 1 çoxmənzilli yaşayış binalarında əsaslı təmir işlərinə başlanılıb.

Bir sözlə, cəmi 24 çoxmənzilli yaşayış binalarında əsaslı təmir işləri aparılır. Hazırda işlər sürətlə davam etdirilir.
Sərəncam icra olunur
Şəhər sakinləri və binalarda yaşayan mənzil sahibləri aparılan işlərin keyfiyyətindən razılıq edirlər.

GOYEZEN.AZ

Geri qayıt