Əsas Səhifə > Sosial > Sərhəd kəndi Cəfərlidə kəndarası yollara qum-çınqıl döşənir
Sərhəd kəndi Cəfərlidə kəndarası yollara qum-çınqıl döşənir10-08-2018, 18:04 |
Son illər ölkəmizdə yol infrastrukturunun yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bunu avtomobil magistrallarının genişləndirilməsindən, respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması və tikintisi layihələrinin uğurla davam etdirilməsindən, bu sahədə verilən tapşırıq və tövsiyələrdən, imzalanan çoxsaylı sərəncamlardan da aydın şəkildə görmək olar. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsinə xüsusi diqqət göstərilir. Dövlət başçısının ölkədə avtomobil yollarının yenidən qurulması istiqamətində verdiyi tapşırıqlar rayonumuzda da uğurla icra olunur. Son iki ildə rayonun Kosalar, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsi, uzun illərdən bəri yaranmış mövcud problemin öz müsbət həllini tapması bunun bariz nümunəsidir. Respublika Prezidenti İlham Əliyevin Qazax rayonunun Qazax–Uzuntala (9 km)–Cəfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı 8 iyun 2018-ci il tarixli növbəti sərancamı da rayonda yol infrastrukturunun uğurla inkişaf etdirilməsi deməkdir. Bu gün rayon rəhbərliyinin tapşırığına əsasən rayonda yeni asfalt yolların çəkilməsi ilə yanaşı, istər şəhər, istərsə də kənd yollarında da təmir işləri aparılır. Mütəmadi olaraq sakinlərin rahat şəkildə gediş-gəlişini təmin etmək üçün kəndarası yollara qum-çınqıl döşənir. Hazırda rayonun sərhəd kəndi olan Cəfərlidə kəndarası yollarda görülən işlər bu dediklərimizin əyani sübutudur. Belə ki, rayon rəhbərinin tapşırığına əsasən Cəfərli kəndində 3 km uzunluğunda kəndarası yollara qum-çınqıl döşənmişdir. Kənd sakinləri görülən işləri yüksək qiymətləndirərək rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirirlər. GOYEZEN.AZ
Geri qayıt |