Əsas Səhifə > Sosial > Qazaxda küçələrə SİP kabel xətlərinin çəkilişi davam edir
Qazaxda küçələrə SİP kabel xətlərinin çəkilişi davam edir15-07-2018, 08:08 |
Dövlət Proqramında xüsusi yer tutan sahələr arasında qeyri-neft sektorunun inkişafına yönəlmiş sosial, iqtisadi, sənaye, kənd təsərrüfatı və digər sahələrin elektrik enerjisi ilə təchiz edilməsi üçün ölkəmizdə məqsədyönlü tədbirlər həyata keçirilir. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da əhalinin yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün müsbət işlər görülür. 2016-cı ilin oktyabrında Respublika Prezidenti İlham Əliyevin açılışında iştirak etdiyi Daş Salahlı kəndində müasir səviyyədə tikilərək istifadəyə verilmiş 110/35/6kv-luq “Daş Salahlı” yarımstansiyası bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Vaxtilə 7 yaşayış məntəqəsini qidalandıran həmin yarımstansiya nəinki kənd əhalisinin, eləcə də rayon ərazisinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayır. Bu gün həmin yarımstansiya 22 yaşayış məntəqəsini qidalandırması ilə yeni güc yaradır. Rayonumuzda əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunmasının ən başlıca səbəblərindən biri müasir tələblərə cavab verən yeni transformatorların və elektrik xətlərinin olmasıdır. Bu istiqamətdə də məqsədyönlü işlər görülür. Belə ki, 2018-ci ilin birinci yarımilində Qazax Elektrik Şəbəkəsi tərəfindən rayonu elektrik təchizatı ilə təmin edən 110/35/6 kv-luq Daş Salahlı və Şıxlı yarımstansiyalarında, eləcə də 35/10 kv-luq yarımstansiyalarda olan avadanlıqlarda cari təmir işləri, 0,4, 10 və 35 kv-luq hava xətlərində də təmir işləri aparılmışdır. Təmir zamanı 401 ədəd izolyator dəyişdirilmiş, 10,5 km uzunluğunda tarımlama işləri, 17,6 km məsafədə ağaclar budanmış, 55 ədəd ağac dayaq beton dayaqla əvəz edilmişdir. Dövlət Praqramına uyğun olaraq rayon üzrə SİP kabelləşmə işlərinə də başlanılmışdır. Belə ki, Kosalar kəndində yeni salınmış məhəllədə 2875 metr uzunluğunda SİP kabel çəkilmiş, 109 ədəd dayaq quraşdırılmışdır. Çaylı kəndində 1800 metr uzunluğunda SİP kabel çəkilmiş, 50 ədəd dayaq quraşdırılmışdır. 2018-ci ildə Qazax şəhərinin S.Vurğun küçəsində 1244 metr SİP kabel çəkilmiş, 16 ədəd dayaq, Bakı küçəsində 650 metr uzunluğunda SİP kabel çəkilmiş, 29 ədəd dayaq, Ə.Seyidov küçəsində 2375 metr uzunluğunda SİP kabel çəkilmiş, 43 ədəd dayaq, H.Arif küçəsində 1428 metr uzunluğunda SİP kabel çəkilmiş, 45 ədəd dayaq, həmçinin Daş Salahlı kəndində 4492 metr uzunluğunda SİP kabel çəkilmiş, 85 ədəd dayaq quraşdırılmışdır. Məcburi köçkünlərin yaşadığı sahədə 1149 metr uzunluğunda SİP kabel çəkilmiş, 30 ədəd dayaq, M.Hüseyn küçəsində 1394 metr uzunluğunda SİP kabel çəkilmiş, 32 ədəd dayaq, Ş.Xiyabanı küçəsində 1420 metr uzunluğunda SİP kabel çəkilmiş, 16 ədəd dayaq quraşdırılmışdır. Cəmi Qazax rayonu üzrə 6 ay ərzində Şəbəkə tərəfindən 18222 metr uzunluğunda SİP kabel çəkilmiş, 455 ədəd dayaq quraşdırılmışdır. Onu da qeyd edək ki, ilin sonunadək Qazax şəhərinin M.Ə.Rəsulzadə, N.Nərimanov, Azadlıq küçələrində, Çaylı kəndində və rayonun sərhədyanı Cəfərli, Bala Cəfərli, Quşçu Ayrım, Məzəm, Fərəhli kəndlərində, o cümlədən Qarapapaq kəndində fəaliyyət göstərən açıq naqillərlə çəkilmiş 0,4 kv-luq xətlər 20 km uzunluğunda SİP kabelin çəkilişi başa çatdırılacaqdır. Eyni zamanda, bu il Qazax şəhərində 4 ədəd və sərhəd kəndlərdə 18 ədəd yeni transformatorların quraşdırılması nəzərdə tutulmuşdur. Məlumat üçün bildirək ki, rayon üzrə Qazax Elektrik Şəbəkəsi tərəfindən 23876 abonentə xidmət göstərilir. GOYEZEN.AZ
Geri qayıt |