Əsas Səhifə > Sosial > Qazax xalçaçılığının əvvəlki şöhrəti geri qaytarılacaq

Qazax xalçaçılığının əvvəlki şöhrəti geri qaytarılacaq


3-11-2016, 10:58
Qədim el sənətlərini yaşatmaq, onları inkişaf etdirib gələcək nəsillərə ötürmək istiqamətində respublikamızda məqsədyönlü işlər görülür. Xalçaçılıq da onların tərkibinə daxil olan ən qədim el sənətlərindən biridir.
Qazax xalçaçılığının əvvəlki şöhrəti geri qaytarılacaq
Hər bir sahədə olduğu kimi bu qədim sənət növündə də bir durğunluq yaranmış, bu sahəyə maraq azalmışdı. Bu gün isə qədim el sənətinə olan maraq artıb. Ənənələrin geri qaytarılması istiqamətində görülən işlərdən biri də xalçaçılıq sənətini yaşatmaq və onun itirilmiş şöhrətini geri qaytarmaqdır.

Bu məqsədlə Qazax rayonunda diqqətəlayiq işlər görülür. Xalçaçılığı inkişaf etdirmək üçün ilk növbədə bu sahəni toxucularla təmin etmək lazımdır. Bunu nəzərə alaraq Qazaxda toxuculuq kursu yaradılmışdır. Avqust ayından bəri fəaliyyət göstərən kursda 170-ə yaxın qadın və qızlarımız bu qədim sənətin sirlərinə yiyələnirlər.
Qazax xalçaçılığının əvvəlki şöhrəti geri qaytarılacaq
Ustalardan Kəmalə İbrahimova və Gülnaz Qurbanova xalçaçılıq sənətinin incəliklərini ilmələrin dili ilə qızlarımıza öyrədir, onlara bu xalçaçılığın peşə və vərdişlərini aşılayırlar. 3 növbədə keçirilən kurslarda xalçaçılıq sənətinin öyrənilməsi üçün hər cür şərait yaradılıb.
Qazax xalçaçılığının əvvəlki şöhrəti geri qaytarılacaq
Uzun müddət xalçaçılıq sənəti ilə məşğul olmuş Nazim İbrahimov GÖYƏZƏN.AZ-ın müxbirinə bildirib ki, bu kursun açılmasında məqsəd Qazax xalçaçılığının keçmiş şöhrətini yenidən özünə geri qaytarmaqdır.

Onu da qeyd edək ki, Azərxalça SC-nin Qazax filialı üçün bina inşa olunacaq. Bunun üçün lazım olan yer ayrılıb və bünövrəsi qazılıbdır. Yaxın günlərdə binanın tikintisinə başlanılacaqdır.

Oxucuların marağını nəzərə alıb aşağıda Qazax xalçaları haqqında məlumatı təqdim edirik.

Dünya mədəniyyəti içərisində yeri olan Azərbaycan xalçası özünün məxsusi ornamentləri ilə fərqlənən sənət nümünəsidir. Belə ki, Azərbaycan xalq tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur.
Qazax xalçaçılığının əvvəlki şöhrəti geri qaytarılacaq
Xalq sənətlərinin ən geniş yayılmış növü Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş və az qala xalqın rəmzinə çevrilmiş xalça sənətidir. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar dəyələrin, çadırların, alaçıqların, habelə, yaşayış evlərinin və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilir, eyni zamanda, yüksək estetik əhəmiyyət kəsb edir.

Qazax xalçaçılıq məktəbi — Azərbaycan xalçaçılıq məktəblərindən biridir. Qazax xalçaçılıq məktəbinə Qazax, Gürcüstan ərazisindəki azərbaycanlılar yaşayan Borçalı və 1988-ci ilə qədər azərbaycanlıların tarixi yaşayış məskəni olan Ermənistan ərazisində Göyçə xalçaçılıq mərkəzləri aiddir.
Qazax xalçaçılığının əvvəlki şöhrəti geri qaytarılacaq
Qazax xalça məntəqəsinə Azərbaycanın qədim şəhərlərindən olan Qazax və onun ətraf kəndləri, Ağstafa və Tovuz rayonları daxildir.

Göyçə xalçaçılıq mərkəzini Bəmbak, Ləmbalı, İcevan, Qaraqoyunlu və Göyçə gölü (indiki Sevan) ətrafındakı ərazi əhatə edir.

Borçalı xalça mərkəzini – Borçalı, Qarayazı, Qaraçöp, Qaçağan xalça məntəqələri əhatə edir.
Qazax xalçaçılığının əvvəlki şöhrəti geri qaytarılacaq
Qazax qrupuna, "Şıxlı xalçası", "Borçalı xalçası", "Qaymaqlı xalçası", "Qaraqoyunlu xalçası", "Qarayazı xalçası", "Qaraçöp xalçası", "Qaçağan xalçası", "Dağ Kəsəmən xalçası", "Dəmirçilər xalçası", "Kəmərli xalçaları", "Göyçəli xalçaları", "Salahlı xalçaları" və s. çeşnili xalçalar daxildir.

Geri qayıt