Əsas Səhifə > Sosial > Şəhərdaxili yollar əsaslı təmir olunur

Şəhərdaxili yollar əsaslı təmir olunur


9-06-2018, 20:38
Şəhərdaxili yollar əsaslı təmir olunur
Bu gün Azərbaycan güclü bir dövlət kimi bütün dünyada söz sahibidir. Bunu ölkəmizdə aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərindən, həyata keçirilən uğurlu layihələrdən, görülən məqsədyönlü tədbirlərdən aydın şəkildə görmək olur. Günü-gündən inkişaf edən ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrlə yanaşı, yol infrastrukturunun inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkə Başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı sərəncamlar bunun əyani sübutudur. Qazax rayonunun Qazax–Uzuntala (9 km)–Cəfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı 8 iyun 2018-ci il tarixli sərancamı da bu inkişafın davamı olaraq bölgələrimizdə yeni asfalt yolların çəkilməsinə xidmət göstərir.

Qazaxda son iki ildə Kosalar, Canalı, Kommuna, Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsi, uzun illərdən bəri yaranmış bu problemin öz müsbət həllini tapması bunun ən bariz nümunəsidir.

Bu proses bu il də davam etdirilir. Yeni asfalt yolların çəkilməsi ilə yanaşı, istər şəhər, istərsə də kənd yollarında təmir işləri aparılır. Ənənə halını alan təmir-bərpa işlərinin görülməsinə başlanılıb.

Bu gün şəhərin Heydər Əliyev prospekti, Bakı, Azadlıq, Ə.Şıxlinski və digər küçələrində əsaslı təmir işlərinə start verilib.

Şəhərdaxili yollar əsaslı təmir olunur
Şəhərdaxili yollar əsaslı təmir olunur
Şəhərdaxili yollar əsaslı təmir olunur
Şəhərdaxili yollar əsaslı təmir olunur
Şəhərdaxili yollar əsaslı təmir olunur
size=3]
GOYEZEN.AZ

Geri qayıt