Əsas Səhifə > Sosial > Təlim və maarifləndirmə tədbiri keçirilib
Təlim və maarifləndirmə tədbiri keçirilib25-10-2016, 14:17 |
Oktyabrın 25-də Qazaxda İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları tərəfindən investisiya təşviqi sənədinin alınması proseduru ilə əlaqədar təlim və maarifləndirmə tədbiri keçirilib.
GÖYƏZƏN.AZ saytı əməkdaşının verdiyi məlumata əsasən Ədəbiyyat Muzeyində keçirilən tədbirdə Qazaxda fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlar iştirak edib. Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Tahir Musayev giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Nazirliyin sənaye şöbəsinin sənaye layihələri sektorunun müdiri Kənan İsgəndərov investisiya təşviqi sənədinin alınması proseduru ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. Tədbirdə mövzu ilə əlaqədar slayt nümayiş olunub. Tədbirdə sahibkarlığın inkişafı şöbəsinin sektor müdiri Anar Məmmədov və daxili nəzarət şöbəsinin baş məsləhətçisi Arif Əliyev də iştirak edib. Tədbirin sonunda hüquqi şəxsləri və fərdi sahibkarları maraqlandıran suallar cavablandırılıb. Geri qayıt |