Əsas Səhifə > Sosial > SİP kabel xətlərinin çəkilişi davam edir -
SİP kabel xətlərinin çəkilişi davam edir -2-05-2018, 14:23 |
Dövlət Proqramında xüsusi yer tutan sahələr arasında qeyri-neft sektorunun inkişafına yönəlmiş sosial, iqtisadi, sənaye, kənd təsərrüfatı və digər sahələrin elektrik enerjisi ilə təchiz edilməsi üçün ölkəmizdə məqsədyönlü tədbirlər həyata keçirilir. Respublika Prezidenti İlham Əliyevin Elektroenergetika sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı sayəsində 2003-cü ildən bu yana ölkəmizdə Generasiya gücü fantastik həddə - 3000 MVt artırılıb. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da əhalinin yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün müsbət işlər görülür. Ölkə Başçısı İlham Əliyevin şəxsən açılışında iştirak etdiyi Daş Salahlı kəndində müasir səviyyədə tikilərək istifadəyə verilmiş 110/35/6kv-luq “Daş Salahlı” yarımstansiyası bu istiqamətdə görülən işlərin ən bariz nümunəsidir. Vaxtilə 7 yaşayış məntəqəsini qidalandıran həmin yarımstansiya nəinki kənd əhalisinin, eləcə də rayon ərazisinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayır. Bu gün həmin yarımstansiya 22 yaşayış məntəqəsini qidalandırması ilə yeni güc yaradır. Rayonumuzda əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunmasının ən başlıca səbəblərindən biri müasir tələblərə cavab verən yeni transformatorların və elektrik xətlərinin olmasıdır. Bu istiqamətdə də məqsədyönlü işlər görülür. Belə ki, 2 ədəd 10MVA transformator 16MVA transformatorlarla əvəz edilib. Bundan başqa, Qazax şəhərini qidalandıran 35/10kv-luq yarımstansiya tam sökülərək ən müasir tələblər səviyyəsində yenidən qurulub. 2 ədəd 4,0 mvA transformator 2 ədəd 6,3 mvA transformatorla əvəz edilib. Rayon ərazisində elektrik ötürücü xətlərin yenilənməsi istiqamətində 675 ədəd 10 kv-luq dayaqlar yenisi ilə əvəz edilib, 4507 ədəd 0.4 kv-luq dayaqlar basdırılıb. 110 km uzunluğunda SİP kabel xətti çəkilib. 2012 ədəd köhnə tipli sayğaclar müasir tipli sayğaclarla əvəz edilib, 565 ədəd yeni sayğaclar quraşdırılıb. Son 3 ildə rayonumuza 46 ədəd yeni transformator verilib və hamısı şəbəkəyə qoşulub. Abonentin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə Qazax şəhərində, eləcə də rayonun Ağköynək, Qarapapaq, Xanlıqlar, Çaylı, Daş Salahlı, Qazaxbəyli, Birinci Şıxlı, İkinci Şıxlı, Hüseynbəyli, Kosalar kəndlərində SİP kabel xətləri çəkilişləri aparılmış və hal-hazırda davam etməkdədir. Eyni zamanda, kəndlərlə yanaşı, şəhərin H.Əliyev prospektində, N.Nərimanov qəsəbəsində, S.Vurğun, Bakı, Z.Tağıyev, M.Hüseyn, M.Ə.Rəsulzadə və digər küçələrdə bu istiqamətdə işlər görülür. Yararsız halda olan ağac dayaqlar yeni dəmir dayaqlarla əvəz olunur, köhnə tipli sayğacların əvəzinə müasir tipli sayğaclar quraşdırılır, elektrik xətləri yenilənir. GOYEZEN.AZ
Geri qayıt |