Əsas Səhifə > Sosial > Yeni həkim məntəqəsində hörgü işlərinə başlanılıb

Yeni həkim məntəqəsində hörgü işlərinə başlanılıb


2-05-2018, 11:55
Yeni həkim məntəqəsində hörgü işlərinə başlanılıb
Qazaxda daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də səhiyyə sahəsidir. İstər şəhər mərkəzində, istərsə də kəndlərdə əhalinin sağlamlığının keşiyində dayanılması üçün zəruri tədbirlər görülür, sakinlərə bu sahədə diqqət və qayğı göstərilir. Şəhərdə inşa edilən 145 çarpayılıq Mərkəzi Xəstəxana binasının tikintisi, eləcə də rayonun kəndlərində yeni tibb məntəqələrinin inşa olunması buna əyani sübutdur.

Xəbər verdiyimiz kimi, rayonun Yuxarı Salahlı kəndində də daha bir həkim məntəqəsinin tikintisinə başlanılıb. 2 həftə öncə təməlqoyma mərasimi keçirilən yeni məntəqədə bünövrə hissəsinə beton tökülməsi işi artıq başa çatıb. Hazırda Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə tikiləcək binada hörgü işlərinə başlanılıb.

Məlumat üçün qeyd edək ki, Yaponiya səfirliyinin, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Qazax rayon İcra Hakmiyyətinin birgə razılığı əsasında Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən tikilən həkim məntəqəsinin ümumi sahəsi 216 kv.m-dir.

8 otaqdan ibarət olacaq həkim məntəqəsi bütün müasir avadanlıqlarla tam təmin ediləcəkdir. Bundan əlavə, rayon rəhbərliyinin dəstəyi ilə məntəqənin qarşısında 30 kv.m ərazini əhatə edəcək çardaq qurulacaqdır.

Yeni həkim məntəqəsində hörgü işlərinə başlanılıb
Yeni həkim məntəqəsində hörgü işlərinə başlanılıb
Yeni həkim məntəqəsində hörgü işlərinə başlanılıb
GOYEZEN.AZ

Geri qayıt