Əsas Səhifə > Sosial > İcra başçısı rayon ərazisinə yağan güclü yağış və dolu nəticəsində ziyan dəymiş evlərə baxış keçirib

İcra başçısı rayon ərazisinə yağan güclü yağış və dolu nəticəsində ziyan dəymiş evlərə baxış keçirib


Bu gün, 14:23

İyunun 20-də baş vermiş güclü külək, leysan yağışları və dolu nəticəsində Qazax rayonu ərazisində sakinlərin yaşadığı evlərə və təsərrüfata ciddi ziyan dəymişdir. Axşam saatlarında rayon ərazisinə yağmış dolu nəticəsində Quşçu Ayrım kəndində 200, Fərəhli kəndində 150, Çaylı kəndində 47, Məzəm kəndində 22 fərdi yaşayış evinin dam örtüyü, yardımçı tikililər və talvarlar, Qazax şəhəri M.Hüseyn küçəsində 1000 kv.m və M.Ə.Rəsulzadə küçəsində 750 kv.m, cəmi 1750 kv.m asfalt örtüyü yararsız vəziyyətə düşmüşdür.

Rayonun Quşçu Ayrım, Məzəm, Fərəhli, Alpout, Abbasbəyli, Dəmirçilər və Ürkməzli kəndlərində vətəndaşlara məxsus 306,75 hektar arpa, 182,87 hektar buğda, 34,3 hektar kartof sahəsinə və 2,17 hektar fındıq bağına ziyan dəymişdir.

Baş vermiş hadisə ilə bağlı Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatının məsul işçiləri, rayon fövqəladə hallar komissiyasının üzvləri ziyan dəymiş evlərə, həyətlərə və sahələrə baxış keçirmişlər.

Rayon rəhbəri evlərdə olub, mövcud vəziyyəti yerində araşdırdıqdan sonra sakinlərə dəymiş zərərin aradan qaldırılması üçün lazımi tapşırıq və tövsiyələrini verib.



Geri qayıt