Əsas Səhifə > Səhiyyə > Qazax rayonunun sərhəddə yerləşən Quşçu Ayrım kənd sakinlərinin tibbi müayinəsi təşkil olunub

Qazax rayonunun sərhəddə yerləşən Quşçu Ayrım kənd sakinlərinin tibbi müayinəsi təşkil olunub


Bu gün, 12:15


Dekabrın 21-də Qazax rayonunun sərhəd kəndi olan Quşçu Ayrım kənd sakinlərinin tibbi müayinəsi təşkil olunub.

TƏBİB ahıl və həssas qruplara daxil olan şəxslərin, uşaq, hamilə və zahı qadınların yerində müşahidəsini aparmaq, tibbi xidmətlərə əlçatanlığı təmin etmək, o cümlədən icbari tibbi sığortanın yaratdığı imkanlar çərçivəsində təqdim olunan xidmətlərlə bağlı maarifləndirmə işinin gücləndirilməsinə dəstək məqsədilə kənd yerlərində tibbi müayinə tədbirlərini davam etdirir.

Qazax Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkim heyətinin iştirakı ilə "Sağlam gələcək" devizi altında Quşçu Ayrım kənd həkim məntəqəsində sakinlərin tibbi müayinəsi həyata keçirilib.

Tibbi aksiyada terapevt, pediatr, kardioloq, cərrah və oftalmoloq həkimlərin iştirakı ilə əhalinin sağlamlıqla bağlı şikayətləri dinlənilib, zəruri instrumental müayinələr aparılıb.

Aksiya çərçivəsində 40-dan çox şəxsin müayinələri təşkil edilib.

Müayinələr zamanı ixtisaslı tibbi xidmətlərə ehtiyac yarandığı təqdirdə sakinlərin aidiyyəti üzrə tibb müəssisələrinə yönləndirilməsi təmin edilib.


Geri qayıt