Əsas Səhifə > Səhiyyə > “Qazax Müalicə Diaqnostika Mərkəzi” PHŞ-in həkim briqadası bu dəfə Fərəhli kəndində səyyar tibbi müayinə aksiyası keçiriblər

“Qazax Müalicə Diaqnostika Mərkəzi” PHŞ-in həkim briqadası bu dəfə Fərəhli kəndində səyyar tibbi müayinə aksiyası keçiriblər


13-05-2023, 17:49


Mayın 13-də “Heydər Əliyev İli” çərçivəsində “Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsin həkim biriqadası tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Qazax rayonun sərhəd kəndi olan Fərəhli kəndində səyyar tibbi müayinə aksiyası keçirilib.

Aksiyada vətəndaşlar  terapevt, kardioloq, LOR, cərrah, EKQ müayinələrindən yararlanıblar. Aksiyada 50 nəfər kənd sakini tibbi müayinədən keçib. Həmçinin, vətəndaşların evlərində tibbi xidmət göstərilib.

Müayinə zamanı səhhətində narahatlıq hiss olunan vətəndaşlarda tibbi göstərişlərə əsasən, Mərkəzdə xidmətin verilməsi təmin olunacaq, eləcə də verilməsi mümkün olmayan tibbi xidmətlərlə dövlət və ya özəl tibb müəssisələrinə göndərişin verilməsi ilə bağlı müvafiq addımlar atılacaq. 

Əsas məqsəd şəhərdən kənarda yerləşən yaşayış məntəqələrində yaşayan ahıl və həssas qrup insanların tibbi xidmətə əlçatanlığını təmin etmək, icbari tibbi sığortanın yaratdığı imkanlar çərçivəsində təqdim olunan xidmətlərlə bağlı onlar arasında maarifləndirmə işləri aparmaqdır.

Sağlamlıqlarında problemlər müşahidə olunanlara tövsiyələr verilib. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.


Geri qayıt