Əsas Səhifə > Səhiyyə > 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar maarifləndirici tədbir keçirilib

1 Mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar maarifləndirici tədbir keçirilib


1-03-2023, 20:32


Martın 1-də “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar maarifləndirici tədbir keçirilib. Tədbirdə Qazax Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi və kollektivi iştirak ediblər. Tədbirin keçirilməsində məqsəd mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, ictimaiyyətin diqqətini fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi olub. 

Tədbirdə fövqəladə hadisələr zamanı davranış qaydaları, fövqəladə hallarda qorunma ilə bağlı mövcud imkanlar, ətraf mühit və təhlükəsizlik məsələləri ilə bağlı məsələlərə toxunulub. 

Tədbiri giriş sözü ilə açan Qazax RMX PHŞ-in baş həkimi Allahverdi Quliyev Mülki Müdafiə işinin təşkilinin ciddi məsələ olduğunu və böyük məsuliyyət tələb etdiyini nəzərə alaraq müəssisə rəhbərlərindən və digər məsul şəxslərdən müəssisə və təşkilatlarda bu məsələyə diqqəti artırmağı və fəaliyyətlərini əvvəlcədən tərtib edilmiş və təsdiq olunmuş tədbirlər planına uyğun qurmalarını tövsiyə edib. Çıxış edən Qazax RMX PHŞ-in Mülki Müdafiə qərargah rəisi Mehman Carçıyev bütün sahələr üzrə dinamik və davamlı inkişafın davam etdiyini xatırladaraq, heç bir dövlətin təbii fəlakətlərdən, beynəlxalq əhəmiyyətli münaqişələrdən sığortalanmadığını diqqətə çatdırıb. O, ölkəmizin müharibə şəraitində yaşadığını nəzərə alaraq, Mülki Müdafiə qərargahlarının işinin daim nəzarətdə saxlanılmalı olduğunu vurğulayıb. Qeyd edib ki, Ümummilli Lider HeydəƏliyevin Azərbaycana ikinci dəfə rəhbərliyə qayıdışı ilə əhalinin təhlükəsizliyi sahəsində də dönüş yaranmış, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əsas dövlət sisteminin bir hissəsi olan Mülki Müdafiənin dinamik inkişafı və təkmilləşdirilməsi təmin edilmişdir. Yekunda Mülkü Müdafiə işinin təşkili və müəssisələrin hazırlıq vəziyyəti ilə bağlı çıxışlarda qeyd olunan problemlərin və çatışmazlıqların qısa zaman kəsiyində aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsinin vacibliyini bildirilib. M.Carçıyev gələcəkdə daha səmərəli fəaliyyətin təşkili üçün qarşılıqlı işgüzar münasibətlərin qurulmasını xüsusilə qeyd edərək hazırlanmış sərgidəki nümunələrlə tədbir iştirakçılarını tanış edib.



Geri qayıt