Əsas Səhifə > Səhiyyə > Qazaxda RMX PHŞ-in əməkdaşları şəhid ailələrini ziyarət ediblər

Qazaxda RMX PHŞ-in əməkdaşları şəhid ailələrini ziyarət ediblər


30-09-2022, 20:26


Vətənə olan sonsuz sevgiləri ilə gələcək nəsillərə örnək olan, canını torpaq yolunda fəda edən, qanı ilə tarix yazan şəhidlərimiz hər an bizim qəlbimizdə əbədi yaşayırlar. Bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandan İlham Əliyevlə, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyur. Bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdarıq.

Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa edən hərbçilərimizə, əsgərlərimizə, canından keçən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə, onların ailə üzvlərinə,  diqqət ayırmaq, qayğı göstərmək hər birimizin borcudur. 

Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və rayon rəhbərliyinin şəhid ailələrinə, qazilərə göstərdikləri qayğını əldə rəhbər tutan Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin həkim kollektivi də bu təbəqədən olan insanlara qayğılarını əsirgəmirlər. Xəstəxananın kollektivi daim şəhidlərimizin ailə üzvlərini, qazilərimizi ziyarət edir, səhhətləri ilə maraqlanırlar. 

Sentyabrın 29-da  Qazax RMX PHŞ-in direktoru Sevda Məmmədova, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı şurasının sədri Sevda Həsənova, eləcə də digər əməkdaşlar sentyabrın 12-də düşmən təxribatının qarşısını alarkən şəhid olan baş leytenant Yunis Kazımovun, baş gizir Azər Məmmədovun  gizir Azad Kərimovun44 günlük Vətən müharibəsi şəhidi kapitan İsmayılov İmamverdi Yoloğlu oğlunun evlərində olub, ailələrinə baş çəkiblər. Qəhrəman şəhidlərimizin əziz xatirələrini ehtiramla yad edərək ailələrinə ərzaq yardımı ilə dəstək olublar.   

Qazax RMX PHŞ-in direktoru Sevda Məmmədova şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Onların əziz xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını söyləyib. Şəhidlərimizin, qazilərimizin ailələrinə xidmət göstərməyin həkimlərimiz üçün qürurverici olduğunu, bu cür ziyarətin kökündə ölkə başçısının və rayon rəhbərliyinin dövlət qayğısının dayandığını vurğulayıb. Baş həkim günün istənilən saatında müalicə və müayinə üçün hər zaman tibbi xidmət göstərməyə hazır olduqlarını qeyd edib. 

Şəhid ailələri sağlamlıqlarının keşiyində dayanan həkimlərimizə nümunəvi təşəbbüsə görə razılıqlarını bildiriblər. Şəhid ailəsi kimi onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə, Birinci vitse-prezidentə, rayon rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar. 

GOYEZEN.AZ


Geri qayıt