Respublika Prezidenti İlham Əliyevin və Birinci
vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və
tapşırıqlarına uyğun olaraq, respublikamızda koronavirus (COVID-19)
infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Qazaxda həyata
keçirilən tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər bu gün də davam
etdirilir.
Respublikamızda elan edilən xüsusi karantin rejimi
dövrü bitənədək ölkəmizin şəhər və rayonlarında yaşayış məntəqələrinin
ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin
aparılmasına dair tələblər Qazaxda da olduğu kimi
yerinə yetirilir.
Son
günlərdə ölkə ərazisində koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət və
xəstəliyə yoluxanların sayında artım nəzərə alınaraq rayonda bu epidemiyaya
qarşı mübarizə tədbirləri genişləndirilib. Belə ki, koronavirus
infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə rayonda növbətidezinfeksiya işləri aparılıb.
Bu gün Qazax RİH başçısı yanında yaradılmış
operativ qərargahın tərtib etdiyi qrafikə əsasən dezinfeksiya işləri "Qazax
Avtovağzal” ASC-də, şəhərdə fəaliyyət göstərən çayxanalarda, eləcə də şəhərin Heydər
Əliyev prospektində, Bakı, Azadlıq, Firuddin Şamoyev küçələrində aparılıb. Rayon
Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən qeyd edilən
ərazilər Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici
maddələr qatılmış xüsusi məhlulla dərmanlanıb. Eyni zamanda sanitar-gigiyena
qaydalarına əməl olunması barədə çayxana sahiblərinə ciddi xəbərdarlıq edilib.
Prospekt və küçələr isə əməkdaşlar tərəfindən hazırlanmış
məhlulla maşın vasitəsilə dezinfeksiya olunub.
Məlumat üçün qeyd edək ki, istər əl aparatı
vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata
uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin
B, xlorlu əhəng və Bromosepto-DEZ adlı
dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır.
Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan
dezinfeksiya işlərində əsasən Xloromin B və Bromosepto-DEZ maddələrindən
istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə
200 qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10
litr suya hər maddədən 100 qram olmaqla) qatılır. Maşın vasitəsilə görülən
dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu
əhəng əlavə olunur.
"Qazax
Avtovağzal” ASC
Şəhər ərazisində fəaliyyət göstərən çayxanalar
Heydər Əliyev prospekti
Bakı küçəsi
GOYEZEN.AZ
Geri qayıt
|