Əsas Səhifə > Səhiyyə > İndiyədək Qazax rayonu üzrə vətəndaşlara 16 min 636 doza vaksin vurulub

İndiyədək Qazax rayonu üzrə vətəndaşlara 16 min 636 doza vaksin vurulub


24-03-2021, 14:30


Ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonunda da Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesi uğurla davam etdirilir. Strategiyanın əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

Məlumat üçün bildirək ki, hazırda rayonda yaşı  40-dan, 50-65 və 65-dən yuxarı olan vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci doza vaksinin vurulması prosesi aparılır. Bu günədək Qazax rayonu üzrə tibb işçilərinə, həmçinin yaşı 50-65 və 65-dən yuxarı olan vətəndaşlara ümumilikdə 16636 doza vaksin vurulub. Bundan 4496 nəfərdə isə koronavirus infeksiyasına qarşı ikinci doza peyvəndləmə aparılıb.

Əhalinin COVID-19-a qarşı vaksinasiya prosesini müvəffəqiyyətlə başa çatdırmaq üçün Qazax Rayon Mərkəzi Xəstəxanasında bütün zəruri tədbirlər görülüb. Belə ki, vaksinasiya prosesinin həyata keçirilməsi məqsədilə Rayon Mərkəzi Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində qəbul otağı, qeydiyyat otağı, xüsusi peyvənd otağı, nəzarət otağı, təcili tibbi yardım otağı və həkim briqadaları ayrılıb. Peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.








 

GOYEZEN.AZ


Geri qayıt