Koronavirus pandemiyasının qarşısının alınması
məqsədilə ölkəmizdə həyata keçirilən əhalinin COVID-19 infeksiyasına qarşı
peyvənd olunması prosesi respublikamızın hər yerində olduğu kimi, Qazaxda da
uğurla davam etdirilir.
Əhalinin COVID-19-a qarşı vaksinasiya
prosesini müvəffəqiyyətlə başa çatdırmaq üçün Qazax Rayon
Mərkəzi Xəstəxanasında bütün zəruri tədbirlər görülüb. Belə ki, vaksinasiya
prosesinin həyata keçirilməsi məqsədilə Rayon Mərkəzi Xəstəxanasının yoluxucu
xəstəliklər şöbəsində qəbul otağı, qeydiyyat otağı, xüsusi peyvənd otağı,
nəzarət otağı, təcili tibbi yardım otağı və həkim briqadaları ayrılıb. Peyvəndlərin
daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.
Məlumat üçün qeyd edək ki, hazırda rayonda
yaşı 50-65 və 65-dən yuxarı olan vətəndaşların vaksinasiya
prosesi uğurla davam etdirilir. Bu günədək Qazax rayonu üzrə tibb işçilərinə,
həmçinin yaşı 50-65 və 65-dən yuxarı olan vətəndaşlara ümumilikdə 13857 doza vaksin vurulub. Bundan 1019 nəfərdə isə koronavirus
infeksiyasına qarşı ikinci doza peyvəndləmə aparılıb.
Vaksinasiya prosesi Nazirlər Kabinetinin 2021-ci
il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya
Strategiyası”na uyğun olaraq həyata keçirilir. Strategiyanın əsas məqsədi
ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa
yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
GOYEZEN.AZ
Geri qayıt
|