Respublikamızın
hər yerində olduğu kimi, Qazaxda da koronavirus infeksiyasının
yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin -
451 nömrəli, 19 noyabr 2020-ci il tarixli qərarına əsasən elan edilmiş xüsusi
karantin rejiminin tələblərinə ciddi əməl olunması
istiqamətində mübarizə tədbirləri davam etdirilir. Qazaxda aktiv koronavirus xəstələrinin karantin qaydalarını pozması hallarına
qarşı mübarizə tədbirləri gücləndirilib.
Rayonda
daha bir karantin rejiminin pozulması halı müəyyən edilib ki, aidiyyəti
orqanlar tərəfindən lazımi tədbirlər görülüb. Belə ki, Qazax rayon sakini Axundov Sabir Cavad oğlu COVID-19 virusu
ilə bağlı verdiyi testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin
rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, 04.12.2020-ci
il tarixdə yaşadığı evi qanunsuz tərk etməklə epidemiya əleyhinə, eləcə də
karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması
üçün real təhlükə yaradıb.
Faktla
bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya
əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması)
maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi istintaqın aparılması üçün aidiyyəti
üzrə rayon Polis Şöbəsinə göndərilib. Hazırda qeyd edilən iş üzrə zəruri
istintaq hərəkətləri davam etdirilir.
GOYEZEN.AZ
Geri qayıt
|