Əsas Səhifə > Səhiyyə > Qazaxda koronavirus əleyhinə dezinfeksiyaedici tədbirlər davam etdirilir
Qazaxda koronavirus əleyhinə dezinfeksiyaedici tədbirlər davam etdirilir17-04-2020, 20:08 |
Qazaxda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə mütəmadi olaraq tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilir. Respublikamızda elan edilən xüsusi karantin rejimi dövrü bitənədək ölkəmizin şəhər və rayonlarında yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblərQazaxda da olduğu kimi icra edilir. Bu gün növbəti dezinfeksiya işləri şəhərin Heydər Əliyev prospektində və ətraf küçələrdə yerləşən bankomatlarda, dayanacaqlarda, bulaqlarda, məişət tullantılarının yığılması üçün istifadə olunan konteynerlərdə, ictimai binalarda və ərazilərdə olan tullantı qablarında aparılıb. Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən dezinfeksiya olunan bütün ərazilər koronavirus infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı ilə dərmanlanıb. Məlumat üçün qeyd edək ki, istər əl aparatı vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır. Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan dezinfeksiya işlərində əsasən Xloromin B və Bromosepto-DEZ maddələrindən istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə 200 qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10 litr suya hər maddədən 100 qram olmaqla) qatılır. Maşın vasitəsilə görülən dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə olunur.
GOYEZEN.AZ Geri qayıt |