Əsas Səhifə > Səhiyyə > Qazaxda koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər olduğu kimi icra edilir

Qazaxda koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər olduğu kimi icra edilir


31-03-2020, 21:18


Dövlət başçısının birbaşa rəhbərliyi altında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələrinə uyğun olaraq ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində geniş tədbirlər planı həyata keçirilir.

Respublikamızda elan edilən xüsusi karantin rejimi dövrü bitənədək ölkəmizin şəhər və rayonlarında yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər Qazaxda da olduğu kimi icra edilir.

Xüsusi karantin rejimi dövrü bitənədək müəyyən tələblər əsasında mütəmadi olaraq aparılan təmizlik və dezinfeksiya işlərindən biri də sərnişin daşıma xidməti göstərən bütün növ avtonəqliyyat vasitələrinin tutacaqları və oturacaqlarının, eləcə də dayanacaqların oturacaqlarının hər gün bir dəfədən az olmayaraq dezinfeksiya edilməsidir.

Digər işlərdən biri isə məişət tullantılarının yığılması üçün istifadə olunan bütün konteynerlər, ictimai binalarda və ərazilərdə olan tullantı qablarının gündə 1 dəfə təmizlənməsi və həftədə 2 dəfə dezinfeksiya edilməsidir.

Artıq xeyli müddətdir ki, koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblərə uyğun olaraq görülən işlər bu gün də davam etdirilib.

Şəhərdaxili və şəhərdən kəndlərə sərnişin daşıyan marşrutlar tərkibində dezinfeksiyaedici maddələr qatılmış məhlullarla dezinfeksiya olunub. Həmçinin, məişət tullantılarının yığılması üçün istifadə olunan konteynerlər və tullantı qutularına nəzarət edilərək onlar tam dolmadan boşaldılıb. Eyni zamanda da tullantı qutuları dezinfeksiya edilib.






















 

GOYEZEN.AZ


Geri qayıt