Əsas Səhifə > Səhiyyə > Qazaxda yanacaqdoldurma məntəqələrində koronavirus əleyhinə dezinfeksiya işləri görülüb

Qazaxda yanacaqdoldurma məntəqələrində koronavirus əleyhinə dezinfeksiya işləri görülüb


26-03-2020, 10:18


Qazaxda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tibbi-profilaktik və dezinfeksiya tədbirləri davam etdirilir.

Növbəti dezinfeksiya işləri rayonun Birinci Şıxlı, İkinci Şıxlı, Yuxarı Salahlı, Çaylı kəndlərində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində aparılıb. "Avey”, "Turan”, "Lukoil”, "Stoil”, "Hikmət-87”, "Uğur”, "Əhməd”, "Kür”, "Tur.D” və "Nur” adlı yanacaqdoldurma məntəqələri Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən koronavirus infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmaqla dərmanlanıb.

Qeyd edək ki, dezinfeksiya tədbirləri növbəti günlərdə də davam etdiriləcək.








 

GOYEZEN.AZ

 

 

 


Geri qayıt