Əsas Səhifə > Səhiyyə > Qazax Müalicə Diaqnostika Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbir keçirilib

Qazax Müalicə Diaqnostika Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbir keçirilib


31-03-2017, 18:47
Qazax Müalicə Diaqnostika Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbir keçirilib
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Qazax Müalicə Diaqnostika Mərkəzində anım tədbiri keçirilib. Tədbirdə mərkəzin həkimləri, tibb bacıları və KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Qazax Müalicə Diaqnostika Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbir keçirilib
Mərkəzin baş həkimi Kamandar İbrahimov tədbiri giriş sözü ilə açaraq ermənilərin xalqımıza qarşı müxtəlif dövrlərdə həyata keçirdikləri soyqırımı və işğalçılıq siyasəti barədə məlumat verib.
Qazax Müalicə Diaqnostika Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbir keçirilib
1918-ci ildə erməni millətçiləri tərəfindən törədilmiş qanlı faciənin tarixi haqqında danışan K.İbrahimov məhz ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların Soyqırımı haqqında” Fərmanının tarixin qaranlıq səhifələrinə işıq salmağa imkan verdiyini diqqətə çatdırıb. O, qeyd edib ki, bu Fərman uzun illər bundan əvvəl baş vermiş hadisələr barədə həqiqəti açıqladı, xalqın yaddaşını təzələdi, onu öz tarixi köklərinə, mənəvi-əxlaqi dəyərlərinə, Vətənə məhəbbət duyğularına qaytardı.
Qazax Müalicə Diaqnostika Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbir keçirilib
Sonra mərkəzin ilk həmkarlar təşkilatının sədri Arifə Mirzəliyeva məruzə ilə çıxış edərək 31 Mart - Azərbaycanlıların Soyqırımı Günündən, ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdiyi məkirli siyasətdən söz açıb.
Qazax Müalicə Diaqnostika Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbir keçirilib
Rayon mərkəzi xəstəxanasının baş həkimi Arzu Novruzov, “Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayıl və başqaları çıxışlarında qeyd ediblər ki, 31 Mart soyqırımının qurbanları daim yad edilməli, bu məlumatlar yetişməkdə olan nəslə çatdırılmalıdır. Həyata keçirilən maarifləndirmə tədbirlərində tarixi faktların əhalimizə, xüsusilə gənclərə çatdırılmasına xüsusi önəm verilməlidir.

Qazax Müalicə Diaqnostika Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbir keçirilib
GOYEZEN.AZ

Geri qayıt