Əsas Səhifə > Səhiyyə > Qazaxın sərhəd kəndində əhalinin pulsuz tibbi müayinəsi aparılıb
Qazaxın sərhəd kəndində əhalinin pulsuz tibbi müayinəsi aparılıb20-02-2017, 15:59 |
Ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən fevralın 15-dən etibarən respublikamızın hər yerində olduğu kimi, Qazaxda da əhalinin pulsuz tibbi müayinəsinə başlanılıb. Müayinəni bütün rayon ərazisində yüksək səviyyədə təşkil etmək üçün Qazax Müalicə Diaqnostika Mərkəzi ilə yanaşı, sərhəd kəndlərində yaşayan sakinlərə də tibbi xidmət göstərmək məqsədilə həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Lazımi avadanlıqlarla tam təchiz olunmuş həmin briqada rayonun sərhəd kəndi olan Bala Cəfərlidə əhalini tibbi müayinədən keçiriblər. Müayinələr əsasən terapevt, stomatoloq, kardioloq və ginekoloq həkimlər tərəfindən aparılıb. GOYEZEN.AZ
Geri qayıt |