Qazaxda Respublika
Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq fevralın
12-dən start götürən əhalinin kütləvi pulsuz tibbi müayinədən keçirilməsi
aksiyası mayın 11-də uğurla başa çatıb.
Səhiyyə
Nazirliyinin müvafiq sərəncamına əsasən 3 ay davam edən aksiya
çərçivəsində 61 min 810 nəfər tibbi müayinədən keçib. Qazax Müalicə Diaqnostika Mərkəzində, şəhər Poliklinikasında, eləcə də
kənd həkim və tibb məntəqələrində aparılan aksiya zamanı müraciət edən
sakinlərdən 57789 nəfər sağlam hesab edilmiş, 3518 nəfər ambulator, 379 nəfər
stasionar, 124 nəfər istisaslaşmış tibb müəssisələrində müayinə və müalicəyə cəlb
olunmuşdur. 150 nəfər üzərində isə cərrahiyə əməliyyatı aparılmışdır.
Tibbi aksiya
zamanı Qazax Müalicə Diaqnostika Mərkəzində, şəhər Poliklinikasında, eləcə də
kənd həkim və tibb məntəqələrində müayinələrin bütün rayon ərazisində yüksək
səviyyədə təşkil olunması üçün səhiyyə müəssisələri lazımi dərman preparatları
ilə təchiz olunmuş, hər cür şərait yaradılmışdı. Bundan başqa, rayon
Mərkəzi Xəstəxanasının baş həkiminin 14 nömrəli əmrinə əsasən müxtəlif
ixtisaslı həkimlərin cəlb olunduğu 3 həkim briqadası da yaradılmışdır ki,
həmin səyyar həkim briqadaları qrafik üzrə kənd tibb məntəqələrində olmuş,
ucqar kəndlərdə yaşayan və xəstəxanalara getmək imkanı olmayan sakinləri də
evlərində müayinə ediblər. Lazım olan halda briqadalar tərəfindən şəhid
ailələri və yaşlı insanların müayinə olunması üçün evlərə də aktiv gedişlər
olub. Xəstəliklər aşkar olunduğu halda xəstələr yerlərdə, zərurət
yarandığı halda isə baş həkimə məlumat verilərək rayon mərkəzinə və bölgələrdə
fəaliyyət göstərən ixtisaslaşmış tibb müəssisələrində əlavə müayinə və
müalicəyə cəlb olunublar.
Məlumat üçün qeyd edək ki, aksiya dövründə səyyar həkim briqadaları
rayonun sərhəd kəndlərindən Kəmərli,
Qaymaqlı, Aslanbəyli, Quşçu Ayrım, Məzəm,
Fərəhli, Cəfərli, eləcə də Daş Salahlı, Çaylı və Bala Çaylı kəndlərində
olaraq sakinləri tibbi müayinə ediblər. Qazaxbəyli kəndində məcburi
köçkünlərin məskunlaşdığı yeni qəsəbədə olan səyyar briqada burada
yaşayan Xeyrımlı, Aşağı Əskipara və Yuxarı Əskipara kənd
sakinlərinə də tibbi xidmət göstəriblər.
İstər şəhərdə,
istərsə də kənddə yaşayan sakinlər ölkəmizdə bu xeyirxah aksiyanın təşkil
olunmasını çox böyük ruh yüksəkliyi ilə qarşıladıqlarını söyləyib, dövlətin
onların sağlamlığına göstərdiyi qayğıya görə ölkə başçısı İlham Əliyevə
minnətdarlıqlarını bildiriblər.
Bu cür
aksiyanın keçirilməsində isə əsas məqsəd vətəndaşlarda yaranmış xəstəliklərin
erkən aşkar edilməsi və qarşısının alınması üçün ilkin tibbi yardımların,
profilaktik tədbirlərin görülməsidir. Eyni zamanda, xəstəlik aşkar edilmiş
şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə
fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və
müalicəyə cəlb olunmalarını, digər sağlamlaşdırıcı tədbirlərin həyata
keçirilməsini təşkil etməkdir.
GOYEZEN.AZ
Geri qayıt
|