Əsas Səhifə > Səhiyyə > Qazaxda Səhiyyə Nazirliyi tərəfindən səyyari kursların təşkilinə başlanılıb

Qazaxda Səhiyyə Nazirliyi tərəfindən səyyari kursların təşkilinə başlanılıb


9-04-2019, 17:30


Aprel ayının 8-dən etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən davamlı tibbi təhsillə əlaqədar Qazaxda səyyari kursların təşkilinə başlanılıb.

Qazax Müalicə Diaqnostika Mərkəzində təşkil olunmuş səyyari kurslar həkim terapevt, pediatr və ailə həkimi üzrə aparılır. Səyyari kurslarda Qazax rayon Mərkəzi Xəstəxanasının həkimləri ilə yanaşı, Qazax Müalicə Diaqnostika Mərkəzinin, eləcə də qonşu rayonlardan Şəmkir, Tovuz və Ağstafa rayon Mərkəzi Xəstəxanalarının həkimləri də iştirak edirlər. Yüksək ixtisaslı həkimlərin iştirakı ilə təşkil olunmuş kurslar isə aprelin 17-dək davam edəcək.

8 aprel tarixində təşkil olunmuş kursda Bakı şəhərindən gəlmiş Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutundan (ADHTİ) assisent Rəsul İlahə Telmənqızı anemiya, onun müalicəsi və profilaktikası haqqında məruzə ilə çıxış edib.

Bugünkü səyyari kursda isə ADHTİ-nin "Ailə təbabəti” kafedrasının müdiri, tibb elmləri doktoru, professor Səadət Mahmudova tərəfindən "Ailə təbabəti konsepsiyasının Azərbaycanda inkşafı” və "Ağciyərin xroniki obstruktiv xəstəlikləri” adlı məruzələrdə həkimlərə mövzu ilə bağlı ətraflı məlumatlar verilib.

Səyyari kursa 65 nəfər müxtəlif ixtisasdan olan həkimlər qatılıb. Məlumat üçün qeyd edək ki, davamlı tibbi təhsillə əlaqədar təşkil edilmiş səyyari kursda həkimlər sertifikat və balla qiymətləndiriləcəklər.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında baş məsləhətçi Gülnar Quliyeva bugünkü kursda iştirak edərək bu cür kursların təşkil olunmasının böyük əhəmiyyət daşıdığını qeyd edib və həkimlərə uğurlar arzulayıb.

GOYEZEN.AZ


Geri qayıt