Əsas Səhifə > Səhiyyə > Tibb işçiləri Cümhuriyyətin 100 illiyini qeyd ediblər

Tibb işçiləri Cümhuriyyətin 100 illiyini qeyd ediblər


26-05-2018, 14:47
Tibb işçiləri Cümhuriyyətin 100 illiyini qeyd ediblər
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ölkəmizin hər yerində olduğu kimi Qazax rayonunda da geniş şəkildə qeyd olunur. Bununla bağlı bütün idarə, müəssisə və təşkilatlarda silsilə tədbirlər keçirilir.

Bu gün belə tədbirlərdən biri Qazax Müalicə Diaqnostika Mərkəzində keçirilib. Tədbirdə mərkəzin həkimləri və tibb bacıları iştirak edib.

Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Kamandar İbrahimov tədbiri giriş sözü ilə açaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən danışaraq Azərbaycan xalqının öz müstəqil dövlətini qurmaq uğrunda apardığı mübarizədən söz açıb. Qeyd edib ki, 100 il bundan öncə öz müstəqilliyini elan etmiş AXC üçrəngli Azərbaycan bayrağını qaldırıb, parlamentli respublika yaradıb, Milli Ordunu təşkil edib və bu kimi tarixi işləri həyata keçirib.
Tibb işçiləri Cümhuriyyətin 100 illiyini qeyd ediblər
Mərkəzin əməkdaşı Fərqanə Şuşanova Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixinə həsr olunmuş məruzə ilə çıxış edib.
Tibb işçiləri Cümhuriyyətin 100 illiyini qeyd ediblər
“Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayıl tədbirdə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti və onun dövlətçilik tariximizdəki mövqeyi ilə bağlı fikir və mülahizələrini bölüşüb, xalqımızın tarixinə şanlı hadisə kimi daxil olan AXC-nin yaranması haqqında məlumat verib. Qeyd edib ki, müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən AXC xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail olub, Azərbaycan xalqının tarixində parlaq səhifə yaradıb. Vurğulayıb ki, 1991-ci ildə müstəqilliyini yenidən bərpa edən, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra daha da inkişaf edən, beynəlxalq aləmin nüfuzlu üzvünə çevrilən, Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqazın lider dövləti olan müasir Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir.

Tibb işçiləri Cümhuriyyətin 100 illiyini qeyd ediblər
Tibb işçiləri Cümhuriyyətin 100 illiyini qeyd ediblər
GOYEZEN.AZ

Geri qayıt