Əsas Səhifə > Səhiyyə > “Zərif ürəkli məğrur qadın”

“Zərif ürəkli məğrur qadın”


27-04-2018, 12:00
“Zərif ürəkli məğrur qadın”
Bu gün Qazaxdakı Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli oftalmoloq alimi, akademik Zərifə xanım Əliyevanın 95 illiyi ilə əlaqədar “Zərif ürəkli məğrur qadın” başlıqlı tədbir keçirilib. Rayon Səhiyyə şöbəsinin və mərkəzin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə səhiyyə işçiləri, mərkəzin əməkdaşları və KİV nümayəndələri iştirak edib.

Mərkəzin direktoru Ceyhunə Hüseynova Zərifə xanım Əliyeva haqqında geniş məruzə ilə çıxış edərək bildirib ki, Zərifə xanım gözəl ana, qayğıkeş ömür gün yoldaşı, gözəl qadın idi. Qeyd edib ki, onun vəfat etməsinə baxmayaraq ümummilli lider Heydər Əliyev həmişə onun ruhunu yanında hiss etmiş, həmişə ondan ruhlanmışdır. ”Zərifə xanım mənə xoşbəxtlik bəxş etmişdi” - deyən ulu öndər həm də onun doğulduğu günü xoşbəxt gün adlandıraraq, Zərifə xanımın yoxluğunu kədərli gün hesab etmişdi.

Sonra oftalmoloq Rahilə Əhmədova, Səhiyyə İşçiləri Həmkarlar təşkilatının sədri Sevda Həsənova çıxış edərək qeyd ediblər ki, Zərifə xanım bir pərvanə ömrü yaşadı. Allahın insanlara bəxş etdiyi nurun, işığın keşiyində durdu. Ömrünü, gününü bu işığın azalmasına, sönməsinə qoymamağa həsr etdi. Çıxış edənlər Zərifə xanımın həyat və fəaliyyətinin, tibb sahəsində qazandığı nailiyyətlərin gənc həkimlər üçün bir örnək olduğunu bildiriblər.

Sonda Mərkəzin ekspozisiya zalında yerləşdirilmiş UBİQ VİNDOV-da Zərifə xanım Əliyevaya həsr olunmuş filmə baxılıb və görkəmli oftalmoloqun adını daşıyan muzeydə virtual gəzinti olub.

“Zərif ürəkli məğrur qadın”
“Zərif ürəkli məğrur qadın”
“Zərif ürəkli məğrur qadın”
“Zərif ürəkli məğrur qadın”
GOYEZEN.AZ

Geri qayıt