Əsas Səhifə > Səhiyyə > Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Qazaxda növbəti qanvermə aksiyası keçirilib


Bu gün, 19:06

Yanvarın 22-də Qazax Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası keçirilib.

Aksiya Qazax Rayon İcra Hakimiyyətinin, Qazax Rayon Mərkəzi Xəstəxanasının və Səhiyyə Nazirliyinin Milli Hematologiya və Gəncə Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə baş tutub. Qanvermə aksiyasına Mərkəzi Qan Bankını təmsil edən tibbi heyət cəlb olunub.

Respublika Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Talassemiyasız həyat naminə” Dövlət Proqramına uyğun olaraq keçirilən aksiyada rayonda fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatların işçiləri, gənclər, o cümlədən ictimaiyyət nümayəndələri yüksək həvəslə və könüllü olaraq iştirak edərək, hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulublar.

Səhər saat 10:00-dan start götürən aksiya zamanı 500 nəfərdən çox könüllü müayinədən keçib, onların 104 nəfərindən qan götürülüb.

Yığılan qan ehtiyatı xüsusi laboratoriyada müayinədən keçirildikdən sonra yoxlanılaraq talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.

Qazax Rayon Mərkəzi Xəstəxananın mətbuat xidməti


Geri qayıt