Əsas Səhifə > Şəhidlər > Qazaxda 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgi keçirilib
Qazaxda 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgi keçirilib18-01-2023, 18:55 |
20 Yanvar faciəsi illər ötsə belə xalqımızın yaddaşında, qəlbində daha da əbədiləşir. 33 il ötməsinə baxmayaraq 20 Yanvar faciə olmaqla yanaşı, həm də xalqımızın həmrəy olduğu gün kimi xatırlanır. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il Şəhidlər Xiyabanını ziyarət edir, şəhidlərimizə öz ehtiramını bildirir. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir. Yanvarın 18-də Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgi keçirilib. Qazax Dövlət Rəsm Qalereyasında təşkil olunmuş sərgidə Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin 20 Yanvar faciəsi qurbanlarına həsr etdikləri əl işləri və rəsmlər nümayiş olunub. Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova 20 Yanvar kimi tarixi günlərin gənclər arasında təbliğinin önəmi barədə çıxış edərək bu cür sərgilərin keçirilməsinin böyük əhəmiyyət daşıdığını bildirib. G.Rəhimova 20 Yanvar şəhidlərinin qəhrəmanlığının əsl vətənpərvərlik nümunəsi olduğunu qeyd edərək Mərkəz olaraq hər zaman bütün şəhidlərimizi, eləcə də 20 Yanvar şəhidlərini ehtiramla yad etdiklərini vurğulayıb. Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmək, qan yaddaşımızı təzələməklə, gələcək nəsillərə tariximizi unutmamağı ehtiva etdiyimizi vurğulayıb. Azərbaycan xalqının başına açılan ən dəhşətli faciələrdən olan 20 Yanvar faciəsinə Ulu Öndər Heydər Əliyev tərəfindən ilk dəfə siyasi-hüquqi qiymət verildiyini, 1990-cı il yanvarın 21-də Ulu Öndərin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək xalqı ilə birlikdə olduğunu bəyan etdiyini diqqətə çatdırıb. Sonra rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
GOYEZEN.AZ Geri qayıt |