Əsas Səhifə > Şəhidlər > Xocalı soyqırımı beynəlxalq aləmdə
Xocalı soyqırımı beynəlxalq aləmdə25-02-2017, 09:21 |
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır.
2007-ci il fevralın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Brüsseldə təşkil olunan “Təcavüzün qurbanları” adlı foto və uşaq rəsmlərinin sərgisi də bu həqiqətlərin beynəlxalq aləmə çatdırılması işinin davamıdır. Fond soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün həmin il fevralın 19-26-da Türkiyənin İstanbul şəhərində və 25 vilayətində “Xocalı həftəsi” adlı tədbirlər proqramı çərçivəsində anım mərasimləri keçirmişdir. Bundan başqa Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində 2008-ci il fevralın 14-də Berlində keçirilmiş “Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər” adlı elmi konfrans da son dərəcə əhəmiyyətli olmuşdur. Massaçusets ştatının məclisi tərəfindən ştatın Xocalı soyqırımını rəsmən tanıması barədə qərar Faciəni tam səviyyədə qətliam kimi tanıyan ölkələr və təşkilatlar• 2012: • Pakistan 2012-ci ilində Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş Soyqırımı pisləyən qətnamə qəbul edib. • İslam Əməkdaşlıq Təşkilatı • 2014: Sudan Faciəni parlament səviyyəsində qətliam kimi tanıyan ölkə və təşkilatlar[redaktə | əsas redaktə] • 2012: • Meksika 2 fevral 2012-ci il tarixində Meksika Senatının qəbul etdiyi qərarda Dağlıq Qarabağın Xocalı şəhərində 1992-ci il fevralın 25-26-da baş vermiş faciə soyqırım adlandırılıb. • Kolumbiya 2012-ci ilin 24 aprel tarixində Kolumbiya parlamenti 102 deputatın lehinə səsverməsi nəticəsində Xocalı soyqırımını rəsmən tanımışdır. • 2013: • Çexiya 2013-cü ilin 19 fevral tarixində Çexiya parlamenti Xocalı soyqırımını rəsmən tanımışdır. • Bosniya və Herseqovina 2013-cü ilin 26 fevral tarixində Bosniya və Herseqovina parlamenti Xocalı soyqırımını rəsmən tanımışdır • Peru 2013-cü ilin 14 iyununda Peru parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb. • 2014: Honduras 2014-cü ilin 17 yanvar tarixində Honduras parlamenti Xocalı soyqırımını tanıyan №303-2013 saylı qərar qəbul edib. • 2016: İordaniya parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb. • 2017: Cibuti Respublikasının Milli Assambleyası (parlamenti) plenar iclasında mütləq səs çoxluğu ilə Xocalı Soyqırımına dair qətnamə qəbul edib. Faciəni qətliam kimi tanıyan ABŞ ştatları Amerikada yaşayan azərbaycanlılar 2013-cü il yanvarın 25-dən etibarən Xocalı soyqırımının tanınması, onun qurbanlarının anılması və ABŞ prezidentinin bununla bağlı bəyənat verməsi məqsədilə Ağ evin rəsmi veb-səhifəsində “Biz xalqıq” bölməsində petisiya yerləşdirdilər. Az vaxtda petisiyaya dünyanın müxtəlif ölkələrindən 100 mindən çox insan imza atdı. İndiyədək ABŞ-ın 21 ştatı Xocalı ilə bağlı sənəd qəbul edib.• 2010-cu il fevralın 25-də Massaçusets ştatının nümayəndələr palatası Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul etmişdir. • 2011-ci ildə Amerikanın Texas ştatı Xocalı soyqırımını rəsmən tanımışdır] • 2011-ci ildə Amerikanın Nyu-Cersi ştatı Xocalı soyqırımını rəsmən tanımışdır. • 2012-ci ilin 28 fevral tarixində Corciya ştatı Xocalı soyqırımını rəsmən tanımışdır. • Men — 2012-ci ilin 23 mart tarixində Men ştatı ştatı Xocalı soyqırımını rəsmən tanımışdır. • 2013-cü ilin 28 yanvar tarixində Nyu-Meksiko ştatı Xocalı soyqırımını rəsmən tanımışdır. • 2013-cü ilin 8 fevral tarixində Arkanzas ştatı Xocalı soyqırımını rəsmən tanımışdır. • 2013-cü ilin 25 fevral tarixində Missisipi ştatı Xocalı soyqırımını rəsmən tanımışdır. • 2013-cü ilin 4 mart tarixində Oklahoma ştatı Xocalı soyqırımını rəsmən tanımışdır. Oklahoma ştatı Senatının birinci sessiyasında Xocalı qətliamının tanıması barədə qətnamə qəbul edilib. • 2013-cü ilin 18 mart tarixində Tennessi ştatı Xocalı soyqırımını rəsmən tanımışdır. • 2013-cü ilin 18 mart tarixində Pensilvaniya ştatı Xocalı soyqırımını rəsmən tanımışdır. • 2013-cü 3 aprel tarixində Qərbi Virciniya ştatı Xocalı soyqırımını rəsmən tanımışdır. • 2013-cü 3 aprel tarixində Konnektikut ştatı Xocalı soyqırımını rəsmən tanımışdır. • 2013-cü ilin 21 avqust tarixində Florida ştatı Xocalı soyqırımını rəsmən tanımışdır. • 2014-cü ilin 3 mart tarixində İndiana ştatı Xocalı soyqırımını rəsmən tanımışdır. • 2015-cü ilin 3 mart tarixində Arizona ştatı Xocalı soyqırımını rəsmən tanımışdır. • 2015-cü ilin 3 mart tarixində Yuta ştatı Xocalı soyqırımını rəsmən tanımışdır. • 2016-cı ildə ABŞ-ın Nebraska ştatının qubernatoru Pit Rikets (Pete Ricketts) bəyannamə imzalayaraq, 26 fevral tarixini bütün Nebraska ştatında “Xocalını Anma Günü” elan edib və ştat sakinlərini bu günü hüznlə yad etməyə çağırıb • 2016-cı ildə ABŞ-ın Havay ştatının qubernatoru Deyvid İqe (David Ige) Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar bu faciənin tanınması ilə bağlı xüsusi bəyannamə imzalayıb. • 2016-cı ildə ABŞ-ın Montana ştatının qubernatoru Stiv Bullok (Steve Bullock) rəsmi bəyanat imzalayaraq Xocalı qətliamının ildönümü ilə bağlı Montana sakinlərinə çağırış edib. O, bəyanatda ştat sakinlərini 26 fevral tarixini “Xocalını Anma Günü” olaraq tanımağa və yad etməyə çağırıb. Bəyanatda Xocalı qətliamı müharibə dəhşətlərindən biri kimi pislənilib. • 2016-cı ildə ABŞ-ın Aydaho ştatı Xocalı soyqırımını rəsmən tanımışdır. Soyqırıma xarici ölkələrdə münasibətTehranın "İstiqlal" klubu ilə oyunda (26 fevral 2010) Traktor Sazi azarkeşləri Xocalı soyqırımının qurbanlarını yad edirlər 2014-ci ildə İspaniyanın Atletiko Madrid FK klubunun oyunçuları Osasuna FK və Real Madrid FK komandaları ilə keçirəcəkləri görüşlərdə Xocalı faciəsinin ildönümü ilə əlaqədar qara bilərzik və yaxalarına matəm lenti taxib ve yad edilib. Klubun aparıcı oyunçusu Arda Turanın simasında faciə qurbanlarını yad edib və "Azərbaycan xalqının acısını paylaşırıq" ifadəsi ilə cıxış edib. Həmin il, Asiya Çempionlar Liqasının qrup mərhələsinin oyunları çərçivəsində Təbrizin Traktor Sazi FK komandası ilə Ciddə şəhərinin “əl-İttihad” klubu arasında keçirilmiş görüşdə Xocalı soyqırımı anılıb. Filmlər1. Fəryad (film, 1993) 2. Haray (film, 1993) 3. Karvan (film, 1995) 4. Xocalı soyqırımı (film, 2005) 5. Biz qayıdacağıq (film, 2007) 6. Daşları yığmağın vaxtıdır (film, 2007) - teletamaşa 7. Xocalı qətliamı (film, 2008) 8. Xocalı vaxtı (film, 2010) 9. Qar qırmızı Xocalı (film, 2011) 10. Günəşin batdığı yer... (film, 2012) 11. Xoca (film, 2012) 12. Xocalıda sonuncu fevral (film, 2012) 13. Xocalı yol gözləyir (film, 2012) - teletamaşa 14. Şəhid şəhər (film, 2012) - teletamaşa 15. Bunu öz gözlərinlə görməlisən... Xocalı (film, 2013) 16. Mən Xocalı (film, 2013) 17. Bir kəndin nağılı. Xocalı (film) 18. Xocalı qətliamı. "Bu son olsun!.." (film) Litva filmi 1. Sonu olmayan dəhliz (film, 2012) Xocalı soyqırımı abidələriBakı, Haaqa - Hollandiya, Berlin - Almaniya, Sarayevo - Bosniya və Herseqovina, Mexiko - Meksika, Ankara - Türkiyə, İzmit - Türkiyə, İzmir - Türkiyə, Sakarya - Türkiyə Geri qayıt |