Əsas Səhifə > Şəhidlər > Qazax rayonu şəhid verib

Qazax rayonu şəhid verib


26-03-2019, 21:01


GOYEZEN.AZ saytı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən xəbər verir ki, martın 26-da gün ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb.

Axşam saatlarında düşmən tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu, 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış Yuxarı Salahlı kənd sakini Əlləzov Əlləz Ələddin oğlu şəhid olub.

Şəhidlə vida mərasimi bu gün doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndində saat 11:00-da evində keçiriləcəkdir. Şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik!

 


Geri qayıt