Əsas Səhifə > Şəhidlər > Şəhid polislərin xatirəsinə tikilmiş bulaq kompleksi yenidən qurulub
Şəhid polislərin xatirəsinə tikilmiş bulaq kompleksi yenidən qurulub26-12-2016, 09:16 |
Erməni silahlı birləşmələrinin ölkəmizə təcavüzü başlayandan bəri Qazax rayonu 279 nəfər şəhid verib.
Onlardan 5 nəfəri polis əməkdaşı idi və vəzifə borcunu yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Həmin şəhidlərdən Çobanov Şamoy Məhyəddin oğlunun, Mikayılov Azad Tanrıverdi oğlunun, Aslanov Ruslan Yaqub oğlunun, Məmmədov Natiq Məhəmməd oğlunun və Yolçuyev Fərman Sabit oğlunun xatirəsinə Qazax şəhərinin mərkəzində - Azadlıq küçəsində “Şəhid polislərin xatirəsinə” adlı bulaq kompleksi tikilmişdi. Lakin uzun illər keçməsinə görə kompleks fiziki və mənəvi korroziyaya uğramış və baxımsız hala düşmüşdü. Odur ki, rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun tapşırığına əsasən abidə kompleksində yenidənqurma işlərinə başlanılıb. Hazırda kompleksdə işlər başa çatıb və bulaq öz görkəmini dəyişib. Rayonumuza gələn qonaqlar və yerli sakinlər görülmüş işlərdən razılıq edirlər. Şəhid polis əməkdaşlarının doğmaları və valideynləri dövlət başçısına dərin minnətdarlıqlarını bildirirlər. Rayonda bu istiqamətdə işlər davam edir. Hazırda Azərbaycanın Milli Qəhrəmanı Nəsibov Mərifət Əhməd oğlunun xatirəsinə tikilmiş bulaq kompleksində yenidənqurma işlərinə başlanılıb. Tikinti işləri yaxın vaxtda başa çatdırılacaqdır. Geri qayıt |