Əsas Səhifə > Şəhidlər > “Şəhidlərimizlə fəxr edirik”
“Şəhidlərimizlə fəxr edirik”18-07-2018, 10:21 |
Şəhidlərimizi tanıyaq-----------------------------------------Azərbaycanın igid, cəsur oğulları, qeyrətli qızları həmişə vətənpərvər olmuş, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə apararaq Vətənini düşməndən azad etmişdir. Mərd, mübariz oğul və qızlarımız öz doğma torpaqlarını həmişə hərarətlə sevmiş, onun qədrini bilmiş, Vətən naminə canlarını qurban verməkdən çəkinməmişlər. Bu yolda öz qanları ilə adlarını şəhidlik adlı uca bir zirvəyə yazmışlar. Bu gün milli vətənpərvərlik Vətənin göz bəbəyi kimi qorunmasında təzahür edir və bunu bugünkü gənclərimiz bütün məsuliyyəti ilə dərk edirlər.
Ümummilli lider Heydər Əliyev gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi diqqət yetirərək deyirdi: "Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”. Bu gün ulu öndərin həmin dəyərli sözlərinə hər zaman hörmətlə yanaşılır. Ermənistanla 168 km sərhəddi olan Qazax rayonunda da şəhidlərimizə, onların ailə üzvlərinə daim xüsusi diqqət və qayğı göstərilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə, onların ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Rayon rəhbərliyi tərəfindən Vətən uğrunda canlarından keçmiş oğul və qızlarımızın doğum və anım günlərinin qeyd olunması isə Qazaxda artıq bir ənənə şəklini alıb. Torpaqlarımızın ərazi bütövlüyünün qorunması yolunda canından keçmiş Vətən oğul və qızlarının adını uca tutmaq, əziz xatirələrini yad etmək isə hər bir insanın vətəndaşlıq borcudur. Bu gün cəbhə bölgəsində yerləşən Qazax rayonu torpaqlarımızın yağı düşməndən azad edilməsində 285 şəhid vermiş, onlardan 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Bir vətəndaş olaraq istər Milli Qəhrəmanlarımızın, istərsə də şəhidlərimizin əziz xatirələrini yad etmək, anım və doğum günlərini xatırlamaq hər birimizin vətəndaşlıq borcudur. Biz həmin günləri qeyd etməklə həm onları yad etmiş oluruq, həm də Milli Qəhrəmanlarımızı, şəhidlərimizi gənc nəsillərə tanıdırıq. Çünki gənc nəsil vətənpərvər ruhda böyüməli, öz Vətəni uğrunda canından keçən bacı və qardaşlarını tanımalı, onlarla qürur duymalıdır. Bu gün də Vətən uğrunda şəhid olmuş oğullarımızdan Vüqar Həsənovun, Məhəmməd Qəhrəmanovun, Çərkəz Həsənovun anım, Dursun Allahverənovun isə doğum günüdür. Biz də GOYEZEN.AZ saytı olaraq həmin şəhidlərimizin ruhunu yad etmək və sizlərə tanıtmaq istədik. Həsənov Vüqar Eldar oğluŞəhid Həsənov Vüqar Eldar oğlu 6 aprel 1984-cü ildə Qazax şəhərində anadan olmuşdur. 1991-ci ildə Qaratel Hacımahmudova adına ümumi orta məktəbə daxil olmuş, IX sinfi bitirdikdən sonra Xanlıqlar kəndində X-XI sinfi oxumuşdur. Eyni zamanda Qazax şəhər Musiqi Məktəbini bitirmişdir. 2002-ci ilin aprel ayında hərbi xidmətə getmiş, həmin ilin iyul ayının 18-də Beyləqan rayonunda düşmənlə təmas xəttində torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid Qazax şəhər Şəhidlər Xiyabanına dəfn edilmişdir. Qəhrəmanov Məhəmməd Maksim oğluQəhrəmanov Məhəmməd Maksim oğlu 3 sentyabr 1966-cı ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1972-ci ildə Kəmərli kənd tam orta məktəbinin I sinifinə daxil olmuşdur. 1982-ci ildə məktəbi bitirmiş, 1983-cü ildə SSRİ-nin Xabarovski şəhərinə hərbi xidmətə yola salınmışdır. 1985-ci ildə hərbi xidmətdən təxris olunmuşdur. Hərbidən gəldikdən sonra kənddə müxtəlif işlərdə işləmişdir. 1991-ci ildə Azərbaycan Milli Ordusuna yola salınmışdır. 1993-cü ilin 18 iyulunda Kəmərli kəndində torpaqlarımız uğrunda gedən döyüşdə şəhid olmuşdur. Ailəli idi, bir qızı var. Həsənov Çərkəz Muxtar oğluŞəhid Həsənov Çərkəz Muxtar oğlu 21 fevral 1966–cı ildə Qazax rayonunun Xanlıqlar kəndində zəhmətkeş ailəsində anadan olmuşdur. 1973-cü ildə Xanlıqlar kənd tam orta məktəbinin I sinfinə daxil olmuş, 1983-cü ildə həmin məktəbin X sinfini bitirmişdir. 1984-1986-cı illərdə SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. 1990-cı ildə Qazax rayon Polis Şöbəsində polis nəfəri kimi iş fəaliyyətinə başlamışdır. 18 iyul 1992-ci ildə Sərsəng su anbarı ətrafında gedən döyüşlərdə itkin düşmüşdür. Gəncə şəhər Kəpəz rayon məhkəməsinin qərarı ilə ölmüş hesab edilmişdir. Evlidir. 2 övladı var. Ailəsi Gəncə şəhərində qeydiyyatdadır. Dövlət tərəfindən ailəsi evlə təmin olunmuşdur. Allahverənov Dursun Vəli ogluAllahverənov Dursun Vəli oglu 18 iyul 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1955-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbinin I sinfinə daxil olmuşdur. 1965-ci ildə həmin məktəbin X sinfini bitirmişdir. 1967-cı ildən 1969-cu ilə qədər keçmiş SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. 1988-1992-ci illərdə Aşağı Əskipara kəndi istiqamətində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 21 mart 1992-ci ildə Aşağı Əskipara kəndi uğrunda gedən döyüşdə özü və oğlu Allahverənov İmran Dursun oğlu ilə birlikdə şəhid olmuşdur. Geri qayıt |