Əsas Səhifə > Şəhidlər > Qazaxda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir

Qazaxda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir


Bu gün, 21:10

YAP Qazax rayon təşkilatı Qazax Dövlət Sosial-İqtisadi Kolleci və Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəb ərazi partiya təşkilatlarında Vətən müharibəsində tarixi qələbənin 6-cı ildönümünə həsr olunmuş “Qalib xalqın qüruru, müstəqil Azərbaycanın Zəfəri” və "Milli birliyin və qürurun təntənəsi"mövzusunda tədbirlər keçirilib.

Tədbirlərin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himnisəsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev tədbirləri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, onları möhtəşəm Zəfərin 6-cı ildönümü münasibətilə təbrik edib.Tədbirin əhəmiyyətindən danışan rayon təşkilatının sədri bildirib ki, altı il əvvəl Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu dünya hərb tarixinə yeni bir səhifə yazaraq Möhtəşəm Zəfərə imza atdı. Bu gün müstəqil, suveren, qalib Azərbaycan beynəlxalq aləmdə müstəqil siyasətə, güclü iqtisadiyyata, qüdrətli orduya, dünyaşöhrətli Liderə malik bir ölkə kimi tanınır. A.Nəbiyev Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində əldə olunan nailiyyətlərdən, qazanılan uğurlardan, mövcud Azərbaycan reallıqlarından, bu gün ölkəmizin dünyanın ən sakit, təhlükəsiz bir məkanı olmasından, qarşıdakı hədəflərdən ətraflı bəhs edərək tədbir iştirakçılarına xoş arzularını bildirib.

Tədbirlərdə partiya fəallarından Esmira Şıxməmmədova, Gülnar Qəhrəmanova, Mətanət Kazımova, Zeynəb Mustafazadə, Gülay Carçıyeva, Nazı Paşayeva, Şəbnəm Ləzgiyeva, Söylü Pirməmmədova çıxış edərək 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi təbriklərini çatdırıb, 44 günlük Vətən müharibəsində qazanılan misilsiz qələbədən ətraflı danışıblar.

Tədbirlərin sonunda Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri və Daş Salahlı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdləri Zəfər Gününə həsr olunmuş müxtəlif ədəbi - bədii kompozisiya ilə çıxış ediblər.


Geri qayıt