Əsas Səhifə > Şəhidlər > Artıq xalqımız 20 sentyabr tarixini həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edir
Artıq xalqımız 20 sentyabr tarixini həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edirBu gün, 07:35 |
|
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əmin idik və inanırdıq ki, bu gün gələcək. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır” – deyə Prezident İlham Əliyev çıxışında bildirdi.
Qarabağ Universitetinin yaradılması mühüm addım idi. İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarmışdır. Bu məqsədlə Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradıldı.
İşğaldan azad edilən ərazilər uğurla məskunlaşdırılır. 2026-cı il avqust ayının 17-nə qədər Xankəndi şəhərində 76 ailə, 332 nəfər, Kərkicahan qəsəbəsində 43 ailə, 174 nəfər olmaqla cəmi 119 ailə, 506 nəfər məskunlaşıb. Xocalı şəhərində 144 ailə, 651 nəfər, Ballıca kəndində 246 ailə, 1088 nəfər, Xanyurdu kəndində 140 ailə, 510 nəfər, Təzəbinə kəndində 180 ailə, 824 nəfər, Şuşakənd kəndində 116 ailə, 436 nəfər, Badara kəndində 109 ailə, 411 nəfər, Seyidbəyli kəndində 77 ailə, 282 nəfər, Daşbulaq kəndində 44 ailə, 169 nəfər, Xanabad kəndində 111 ailə, 470 nəfər olmaqla cəmi 1.167 ailə, 4.841 nəfər məskunlaşıb. Xocavənd şəhərində 413 ailə, 1.614 nəfər, Xocavənd kəndində 78 ailə, 319 nəfər, Xanoba kəndində 39 ailə, 177 nəfər, Qırmızı Bazar qəsəbəsində 213 ailə, 909 nəfər, Sos kəndində 85 ailə, 360 nəfər, Güneyxırman kəndində 39 ailə, 175 nəfər, Quzeyxırman kəndində 39 ailə, 169 nəfər, Hadrut qəsəbəsində 82 ailə, 347 nəfər olmaqla cəmi 988 ailə, 4.070 nəfər məskunlaşıb. Ağdərənin Talış kəndində 20 ailə, 90 nəfər, Həsənriz kəndində 292 ailə, 1.150 nəfər, Suqovuşan kəndində 180 ailə, 592 nəfər, Kolatağ kəndində 36 ailə, 139 nəfər, Vəngli kəndində 151 ailə, 602 nəfər, Heyvalı kəndində 46 ailə, 205 nəfər, Çapar kəndində 40 ailə, 143 nəfər, Aşağı Oratağ kəndində 111 ailə, 501 nəfər, Çıldıran kəndində 41 ailə, 165 nəfər olmaqla cəmi 917 ailə, 3.587 nəfər məskunlaşıb.
08.11.2023-cü il tarixli səfər zamanı Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib. 21.12.2023-cü il tarixli səfər Xankəndidə “Qarabağ”- MOİK oyunu, 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşlə yadda qaldı. 07.02.2024-cü il tarixli səfərdə İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndidə səs veriblər. 18.03.2024-cü il tarixli səfərdə Xankəndi şəhərində Novruz tonqalı alovlandırılıb. 05.07.2024-cü il tarixli səfərdə Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanışlıq, Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı, Xankəndi Konqres Mərkəzinin təməlqoyma mərasimi, Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışı olub. 19.09.2024-cü il tarixli səfərdə Xankəndi şəhərində “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanışlıq, Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin təmirdən sonra açılışı, Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanışlıq, Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı, Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanışlıq olub. 20.09.2024-cü il tarixli səfər Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışı, Qarabağ Universitetinin təmirdən sonra açılışı ilə yaddaşlara yazıldı. 19.02.2025-ci il tarixli səfərdə Xankəndidə “Bulud” hotelinin açılışı, Xankəndi şəhərində Zəfər parkının təməlqoyma mərasimi, Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabrikinin fəaliyyəti ilə tanışlıq olub.
19.07.2025-ci il tarixli səfərdə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş oldu. 14.09.2025-ci il tarixli səfərdə Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikası binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışı oldu. 23-24.12.2025-ci il tarixli səfərdə Xankəndinin Kərkicahan qəsəbəsinə baxış, Xankəndi şəhərinin Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binasının əsaslı təmirdən sonra açılışı, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşü, Xankəndidə Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlqoyma mərasimi, Xankəndi şəhərində Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasının açılışı, Xankəndi şəhərində “AzərEnerji” ASC-nin 110/35/10 kV-luq “Xankəndi-1” elektrik yarımstansiyasının açılışı, Xankəndi şəhərində Zəfər parkının açılışı oldu. 28.05.2026-cı il tarixli səfərdə Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışı, Xankəndidə “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin açılışı, 11.07.2026-cı il tarixli səfərdə “Xankəndi” hotelinin açılışı oldu. 14.07.2026-cı il tarixli səfərdə İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Xocavəndə səfərləri də yaddaşlara əbədi həkk olunub. 14.01.2021-ci ildəXocavənd rayonunun Böyük Tağlar kəndi ilə tanışlıq oldu. 15.03.2021-ci il tarixli səfərdə Edilli, Düdükçü kəndləri ilə tanışlıq, Hadrut qəsəbəsində Dövlət bayrağının ucaldılması, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun təməlqoyma mərasimi, Hünərli kəndində qədim Alban məbədinə baxış, Tuğ kəndində dağıdılmış məktəb binasına baxış, Tuğ kəndinin mərkəzi ilə tanışlıq, Tuğ kəndində qədim Alban məbədinə baxış, Azıx kəndində Azıx mağarası ilə tanışlıq oldu. 14.06.2021-ci il tarixli səfər zamanı Zəfər yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində inşa olunacaq 86 metr uzunluğunda tunelin təməlqoyma mərasimi oldu. 09.10.2021-c il tarixli səfərdə Hadrut qəsəbəsində yeni məscidin təməlqoyma mərasimi, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanışlıq, “Hadrut” qovşaq yarımstansiyasının təməlqoyma mərasimi, rayon ictimaiyyətinin nümayəndələri ilə görüş, rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Tuğ kəndi ilə tanışlıq oldu.
15.10.2023-cü il tarixli səfərdə Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılıb. 20.12.2023-cü il tarixli səfərdə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə baxış, Xocavənd rayonunun Şıx Dursun kəndinə baxış olub. 14.09.2025-ci il tarixli səfər zamanıXocavənd rayonunun Hadrut qəsəbəsinə baxış, Xocavənd rayonunun Hadrut qəsəbəsində məscidin açılışı, Xocavənd rayonunun Sos kəndinə baxış, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə baxış, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüş olub. 25.02.2026-cı il tarixli səfər zamanı Xocavənd kəndində görülən işlərlə tanışlıq, Xocavənd şəhərində görülən işlərlə tanışlıq, Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüş, 18.03.2026-cıil tarixli səfər zamanı Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanışlıq, 11.07.2026-cıil tarixli səfər zamanı Xocavənd rayonunun Quzeyxırman kəndinə baxış keçirilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Xocalıya səfərləri də unudulmaz anlarla yadda qalır. 20.07.2023-cü il tarixli səfərdə Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı və Sığnaq kəndlərin ilə tanışlıq oldu. 15.10.2023-cü il tarixli səfərdə Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb, Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılıb, Əsgəran qalasına və əraziyə baxış olub.
26.02.2024-cü il tarixli səfər Xocalıda Soyqırımı Memorialının təməlqoyma mərasimi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü, Xocalı soyqırımı qurbanlarının xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə yadda qaldı. 28.05.2024-cü il tarixli səfər zamanı Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanışlıq, Xocalı şəhərinə köçən sakinlərlə görüş olub. 05.07.2024-cü il tarixli səfərdə Xocalı hava limanına baxış, 18-19.02.2025-ci il tarixli səfərdə Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanışlıq, Xocalının Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanışlıq, kəndə köçən bir qrup sakinlə görüş olub. 09.05.2025-ci il tarixli səfərdə “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı, “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksinin açılışı, 18.07.2025-ci il tarixli səfərdə Xocalının Təzəbinə kəndində görülən işlərlə tanışlıq, Xocalı kərpic zavodunun açılışı, Xocalının Xanyurdu kəndində sakinlərlə görüş olub. 14-15.09.2025-ci il tarixli səfərdə Xocalı rayonunun Şuşakənd kəndinə baxış, Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışı, Xocalı rayonunun Seyidbəyli kəndinə baxış, Xocalının Daşbulaq kəndində tut bağında görülən işlərlə tanışlıq, Xocalı rayonunun Daşbulaq kəndinə baxış, Xocalı rayonunun Badara kəndinə baxış, Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüş olub. 23.12.2025-ci il tarixli səfərdə Xocalı rayonunun Ballıca kəndində “Accurate Az” MMC-nin ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsinin açılışı, 26.02.2026-cı il tarixli səfərdə Xocalının Xanabad kəndində görülən işlərlə tanışlıq, Xocalı Soyqırımı Memorialının açılışı olub. 28.05.2026-cıil tarixli səfərdə Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanışlıq, Xocalı şəhərində “Qarabağ Tekstil Evi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) açılışı olub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdərəyə səfərləri də qürurlandırır. 15.10.2023-cü il tarixli səfərdə Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldılması ilə yadda qaldı. 18.03.2025-ci il tarixli səfərdə Sərsəng su anbarından Ağdərənin Umudlu kəndinə gedən avtomobil yolunun açılışı, İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərənin Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıblar. Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimi, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim etmə mərasimi, Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışı olub.
13.01.2026-cı il il tarixli səfərdə Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanışlıq, Ağdərə rayonunda “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışı, Ağdərə rayonunun Heyvalı kəndində görülmüş işlərlə tanışlıq, Ağdərə rayonunun Çıldıran kəndində görülmüş işlərlə tanışlıq, Ağdərə rayonunun Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanışlıq, Ağdərə rayonunun Aşağı Oratağ kəndində görülmüş işlərlə tanışlıq, Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüş, Ağdərə şəhərinin Baş planı ilə tanışlıq, Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlqoyma mərasimi olub. Geri qayıt |