Əsas Səhifə > Şəhidlər > “YAŞAT” Fondu altıncı “Məktəbli ləvazimatları” layihəsini reallaşdırır
“YAŞAT” Fondu altıncı “Məktəbli ləvazimatları” layihəsini reallaşdırırDünən, 14:37 |
|
Respublikanın bütün ərazisi üzrə 950-dən çox şəhidin 1600-dək övladı üçün qutu hazırlanıb və aidiyyəti üzrə çatdırılacaq. Ümumilikdə məktəblilərin 850 nəfərə qədəri oğlan, 740 nəfərə qədəri isə qızdır. Layihə hazırda davam edir və hədiyyə qutularının şəhid övladlarına çatdırılması mərhələli şəkildə həyata keçirilir. Məlumat üçün qeyd edək ki, layihə çərçivəsində Qazax rayonunda yaşayan 17 nəfər şəhidin 28 nəfər övladına dərs ləvazimatlarından ibarət hədiyyə qutuları təqdim olunub. Uşaqlarımızın təhsil yolunu işıqlandırmaq və gələcəyə olan inamlarını möhkəmləndirmək bizim üçün sevinc və qürur mənbəyidir. Qələbəni bizə yaşadanları YAŞAT! Geri qayıt |