Əsas Səhifə > Şəhidlər > Bu gün igid Vətən oğlu Əlləz Əlləzovun canını fəda etdiyi torpağa tapşırıldığı gündür
Bu gün igid Vətən oğlu Əlləz Əlləzovun canını fəda etdiyi torpağa tapşırıldığı gündür27-03-2026, 10:56 |
|
Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------------
Doğma torpağı qoruyan, uğrunda canından, qanından keçən igid oğullarımızı yad etmək də hər bir azərbaycanlının, ürəyi Vətən eşqi ilə atan vətəndaşın ən ümdə işi olmalıdır. Çünki Şəhidlik adlı müqəddəs zirvəni fəth edənləri tanıtmaq, gələcək nəsillərə örnək göstərmək hər kəsin üzərinə düşən vəzifədir. Şəhidlərimizin keçdiyi ömür yolunu, qəhrəmanlıqlarını, Vətənə olan sevgilərini örnək göstərməklə gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında bir addım atmış olarıq.
GOYEZEN.AZ saytı olaraq ənənəmizə sadiq qalıb "Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!” deyimini özünün həyat amalı bilən və bu amal uğrunda canından keçən qəhrəman şəhidimiz Əlləzov Əlləz Ələddin oğlunun anım günündə əziz xatirəsinidərin ehtiramlayad edirik. Şəhidimizə Allahdan rəhmət diləyir, ruhu qarşısında baş əyirik!Nə qədər Azərbaycan xalqı var, Əlləz kimi igid oğullarımız daim qəlblərdə yaşayacaqlar. Əlləz Əlləzov 6 noyabr 1999-cu ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdu. 2017-ci ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbi bitirmişdi. 5 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdı. 2019-cu ilin 26 martında şəhadətə qovuşan şəhidimiz bir gün sonra – martın 27-də doğulduğu Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn olunub. Geri qayıt |