Əsas Səhifə > Şəhidlər > Bu gün şəhid Məmməd Mərdanovun cənnətdəki növbəti doğum günüdür
Bu gün şəhid Məmməd Mərdanovun cənnətdəki növbəti doğum günüdür18-02-2026, 09:45 |
|
Şəhidlərimizi tanıyaq və tanıdaq------------------------------
İki qız, bir oğul övladını bizlərə yadigar qoyub uca zirvəyə yüksələn igid Vətən oğlunun bu gün cənnətdəki növbəti doğum günüdür. Yaşasaydı qəhrəman şəhidimizin bu gün 38 yaşı tamam olacaqdı. Bu gün Azərbaycan qalib ölkə kimi bütün dünyada tanınırsa, ordumuzun gücü, qüdrəti sayəsində işğalda olan torpaqlarımız azad edilibsə, buna görə bir vətəndaş olaraq hər birimiz Ali Baş Komandana, torpaqlarımız uğrunda canını fəda edən əsgər və zabitlərimizə, sağlamlığını itirən qazilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq. Azərbaycanın bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda canından keçən şəhidlərimizin ömür yolu bütün gənclərə örnəkdir. Onları tanımaq, xatirələrini əbədi tutmaq isə hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Şəhidlik zivəsinə yüksələn Mərdanov Məmməd Ələddin oğlunun da adı əbədiləşdirilib. Şəhidimizin doğulub boya-başa çatdığı Xanlıqlar kəndində adını əbədiləşdirən bulaq inşa olunub.
Geri qayıt |