Əsas Səhifə > Şəhidlər > Qazaxda 27 Sentyabr - Anım Gününə həsr olunmuş növbəti tədbir keçirilib

Qazaxda 27 Sentyabr - Anım Gününə həsr olunmuş növbəti tədbir keçirilib


26-09-2025, 18:41


Sentyabrın 26-da Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının inzibati binasında 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib. 

Tədbir iştirakçıları əvvəlcə Şəhidlər xiyabanına gedərək torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi, suverenliyimizin bərpası uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsinə ucaldılmış abidə kompleksinin önünə tər qərənfillər düzərək müqəddəs şəhidlərimizə olan dərin hörmət və ehtiramlarını bildiriblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək rayonda 27 Sentyabr - Anım Gününə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini bildirib. A.Nəbiyev möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən, şanlı tarix yazan şəhidlərimizin, qazilərimizin keçdiyi şərəfli döyüş yolundan, qüdrətli ordumuzun şücaətindən, qəhrəmanlığından ətraflı danışıb. Rayon təşkilatının sədri müstəqil, suveren Azərbaycanımızın beynəlxalq aləmdəki nüfuzundan, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan nailiyyətlərdən, əldə olunan uğurlardan, qarşıda duran hədəflərdən də geniş bəhs edib. Sonda A.Nəbiyev müqəddəs şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyib.

Tədbirdə partiya fəallarından Günel Sanıyeva, Polad Ağakişiyev, Aytəkin Hüseynova, Cavahir Əhmədova, Türkan Allahverdiyeva çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbədən, dünya hərb tarixinə yeni bir səhifə yazan qüdrətli Azərbaycan Ordusunun şücaətindən ətraflı söz açıblar. Natiqlər müstəqil, suveren Azərbaycanın möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında qazandığı uğurlardan, qələbələrdən, mövcud Azərbaycan reallıqlarından da geniş bəhs ediblər.   

Sonda müqəddəs şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilib.


Geri qayıt